5496bd8ee3d52 (1).jpg

HAQQIMIZDA

 
 
 

Bununla yanaşı 2013-cü ilin may ayının 7-də Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin Eskişehir`də təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri millət vəkili akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Bununla yanaşı Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cumhuriyyətinin bir çox dövlət rəsmiləri də Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlər keçirmişlər. Belə ki, 2014-cü il noyabr ayının 28-də Türkiyə Cümhuriyyəti Yükseköğretim Kurulunun (YÖK) başkanı Prof. Dr. M.A. Yekta Saraç və onu müşaiyyət edən nümayəndə heyəti, eyni zamanda 2014-cü il dekabrın 16-da Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğanın Azərbaycana səfərləri zamanı Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlərini göstərmək olar. Anadolu Universiteti rəhbərliyinin Azərbaycana ayırdığı diqqət və qayğı yalnız bunlarla məhdudlaşmır. Belə ki, universitet Azərbaycanın aparıcı elm və təhsil ocaqlarının rəhbərlərini, eləcə də Azərbaycanın ictimai və mədəni sahələrdə tanınmış xadimlərini Türkiyənin müxtəlif şəhərlərində keçirdiyi beynəlxalq tədbirlərə dəvət etmişdir. Onların səfərləri universitetin və Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları