Mən Bədəlov Elvin , Anadolu Dövlət Univeristetinin “Beynəlxalq münasibətlər”(“Uluslararası İlişkiler) ixtisası üzrə təhsil alıram. Çox şanslıyam ki, distant formada ali təhsil alan tələbələrinin sayına görə, dünya universitetləri arasında 3-cü sırada yer alan bir universitetin tələbəsiyəm.
Fikrimcə distant təhsil dünyanın istənilən nöqtəsində tələbəyə uğur qazandıracaq bir təhsil sistemidir. Distant təhsil sahəsində 36 ildən çox təcrübəsi olan Anadolu Universiteti isə tələbələrin bu yolla ali təhsil almaları üçün müasir dövrün tələblərinə cavab verən qlobal tədris sistemi qurmuş və biz tələbələrin keyfiyyətli ali təhsil almaları üçün hər bir şərait yaratmışdır. Belə ki, hər bir tələbənin kitablarla təmin edilməsi, tələbənin imtahana rahatlıqla hazırlaşmasında və uğurlu nəticə əldə etməsində böyük rol oynayır. Bundan əlavə, öz şəxsi portalımızda Anadolum “e-kampüs” sistemində, dərsliklərin pdf kitab versiyası, “ünite özeti”, “çıkmış sınav soruları”, “sorularla öğrenelim”, “çözümlü sorular”, “sesli kitap” və.s vəsaitlərdən də yararlana bilirik.
Bildiyimiz kimi, müasir dövr qloballaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa Beynəlxalq münasibətlər sahəsində ixstisaslı kadrlara tələbin artacağına işarətdir. Universitetin verdiyi yüksək təhsilin, seçdiyimiz bu ixtisas üzrə ixtisaslaşmağımızda, eləcə də bu sahənin əsas predmeti olan ölkələrin və beynəlxalq təşkilatların iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün nəzəri bilik və bacarıqların öyrənməyimizdə böyük rolu var.
Anadolu Universitetinə keyfiyyətli təhsil almağımız üçün bizlərə yaratdığı şəraitə və fürsətlərə görə , sonsuz minnətdarlığımı bildirirəm.
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant
コメント