top of page

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Ufuk Turganerin Azərbaycan Proqramlarını ziyarəti

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Arca Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulual Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdilər.

Qonaqları ATİB İH-nin üzvü, Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Qurumun əməkdaşları və bir qrup tələbə çiçək dəstələri ilə qarşıladılar.

Səmimi şəraitdə keçən görüşüdə Anadolu Universiteti Azərbaycan Proqramları Tələbə İşləri üzrə Müdiri Araz Hətəmzadə qonaqlara Anadolu Universiteti Azərbaycan Proqramları və distant təhsil sistemi haqqında ətraflı məlumat verdi. Görüş zamanı həmçinin ŞKTR-nın elm və təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, Şimali Kiprin aidiyyatı qurumları ilə ortaq layihələr həyata keçirilməsi və s. məsələləri baradə fikir mübadiləsi aparıldı.

Sonda səfir Ufuk Turganer təmsil etdiyi ölkənin tarixini və bugününü ehtiva edən kitabları Koordinator Azər Hətəmova hədiyyə etdi.




Commentaires


bottom of page