Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Anadolu Universiteti Azərbaycan Proqramlarında

24 Yanvar 2020-ci il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin(ŞKTC) Bakı Təmsilçisi Ufuk Turganer və Təmsilçiliyin Təhsil və Mədəniyyət Ateşesi Tevfik Ulual Anadolu Universiteti Azərbaycan Proqramlarını ziyarət etdilər.

Hörmətli qonaqları qurumda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçək dəstəsi ilə qarşıladılar.

ATİB İH üzvü, Universitetin Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq onları tələbələrə təqdim etdi.Həmçinin tələbələrə ŞKTC haqqında qısa məlumat verərək,qonaqlardan tələbələrə Şimali Kipr Türk Cümhuriyyəti haqqında ətraflı məlumat vermələrini xahiş etdi.ŞKTC Təmsilçisi Ufuk Turganer təmsil etdiyi ölkə haqqında məlumatlar verdi və bununla əlaqədar onları maraqlandıran sualları cavablandırdı. Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov müəllifi olduğu kitabını və Anadolu Universitetinin “Güzel Sanatlar Fakültəsi”tərəfındən hazırlanan xüsusi hədiyyələri qonaqlara təqdim etdi.


#Baku #KKTC #AzerbaycanProgramları #şimalikipr #azerbaycan #AnadoluÜniversitesi

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları