“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi “Vətənpərvərliyin təbliğində aprel döyüşləri”

Tədbirdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, Qarabağ müharibəsi veteranı Sahil Həsənov, aprel döyüşlərinin iştirakçıları Kamil Musəvi, Natiq Mehdiyev, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əlzaman İslamovun anası Hürnisə Kərimova, Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Şulan Bayramovun anası Türkan Bayramova, Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanov, şəhid bacısı Sədaqət Fərzəliyeva QHT sədri Bəsti Nəsibova, Büllur Cavadqızı, tələbələr və mətbuat nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov çıxışı zamanı tədbirin əhəmiyyətindən danışaraq, onun məhz Anadolu Universitetində keçirilməsindən, tələbələrin yaddaşında uzun müddət qalacağından bəhs etmiş, həmçinin Azərbaycan Respublikasınının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına da öz minnətdarlığını bildirmişdir ki, vətənpərvərliyin gücləndirilməsi üçün  belə layihələri maliyyələşdirir. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və İctimai Birliyin sədri Mətanət Əsgərqızı məlumat verdi ki, layihənin əsas məqsədi Aprel döyüşlərində həlak olmuş Bakı, Mingəçevir, Tərtər və Şəmkirdən olan şəhid ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun gənclərə bir nümunə olduğunu göstərməkdir. Sonra aprel şəhidlərinə həsr olunmuş Azərbaycanın şanlı hərb tarixindən bəhs edən filmlər nümayiş olundu. Filmdə bəhs edilən  həyat yolu və qəhrəmanlığı gənclərimizə böyük ruh yüksəkliyi və vətənpərvərlik hissləri aşılayacaqdır. Tədbirdə Anadolu Universiteti tələbələri Türkanə Babazadə, Mirmövlud Təhməzli, Nihad Əliyev, Sona Salmanlı çıxış etmişdilər. Sonra İctimai Birliyin sədri Mətanət Əsgərqızı, Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmova layihənin icrasına dəstək olduğuna görə öz minnətdarlığını bildirdi. Sonda şəhid ailələri ilə birlikdə dəyirmi masada çay süfrəsi  arxasında səmimi söhbət eədərək tədbir davam etmişdir.


#AnadoluÜniversitesi #AzerbaycanProgramları

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları