25 yanvar 2011-cu il tarixində Bakı Əyləncə Mərkəzində Türkiyə Cumhuriyyətinin “Modern Anadolu Eğitim ve Turizm Hizmetleri Sanayi, Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin təşkilatı dəstəyi ilə Anadolu Universitetinin Azərbaycan proqramları üzrə yeni tədris ilinin başlanması və tələbə biletlərinin verilməsi münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hulusi Kılıç, Elçi müştəşarı cənab N.Kaya Baqqalbaşı , 3-cü katib xanım Bahar Doğan , Ticaret baş müşaviri cənab Qazi Bilgin, Eğitim müşaviri cənab Halis Koyuncuoğlu , Çalışma və Sosyal Güvenlik müşaviri cənab Mustafa Gür, Emniyyet müşaviri cənab İsmayıl Çalışkan, Planlama müşaviri cənab Ferruh Tığlı, Səfirin köməkçisi xanım Günay Cəfərova, Anadolu Universitetinin Beynəlxalq məsələlər üzrə rektor yardımcısı Prof. Dr. Hasan Mandal, Anadolu Universitetinin İktisad fakultəsinin Dekanı Prof. Dr Rıdvan Karluku, Anadolu Universitetinin İşlətmə fakultəsinin Dekanı Prof. Dr. Necdət Timur, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri xanım Fatimə Aslan, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyəti sədrinin 1-ci yardımcısı cənab Cemal Yangın, bir qrup valideynlər və 1-ci kurs tələbələri iştirak edirdilər. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səslənməsilə başlandı. Sonra Anadolu Universitetinin Azərbaycanda distant təhsil layihəsinin, Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hülusi Kılıçın dəstəyi ilə uğurla həyata keçirildiyi bildirilərək . Anadolu Universitetinin qısa tanıtım çarxı və Anadolu Universitetinin rektoru Prof. Dr. Davut Aydının Universitetin Azərbaycandakı tələbələrinə müraciəti nümayiş olundu. (Rektor Prof.Dr . Davut Aydın öz müraciətində yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik etdi və müraciətini “bizdən dəstək,sizdən oxumaq” sözlərilə bildirdi)
Çıxışlar: 1. Anadolu Universitetinin Beynəlxalq məsələlər üzrə rektor yardımcısı Prof. Dr. Hasan Mandal öz çıxışında Anadolu universiteti haqqında ətraflı məlumat verərək, Universitet rəhbərliyi tərəfindən Azərbaycan proqramlarına xüsusi önəm verildiyini bildirdi. Sonda Prof.Dr. Hasan Mandal tələbələri təbrik etdi, onlara uğurlar arzuladı. 2. Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyəti sədrinin 1-ci yardımcısı, cənab Cemal Yangın çıxışında Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hulusi Kılıcın dəstəyi ilə gerçəkləşən bu layihəyə ATİB-in də ilk gündən dəstək olduğu barədə məlumat verərək, ATİB səlahiyyətlisi olaraq bundan sonra da təmsil etdiyi birliyin imkanları daxilində bu layihəyə hərtərəfli dəstək verəcəyini, yuxarı kurs tələbələrinin öz ixtisasları üzrə istehsalat praktikalarında iştirakına, məzunların türk şirkətlərində işlə təmin olunmalarına mümkün köməklik göstəriləcəyini qeyd etdi.Sonda cənab C.Yangın tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. 3. Valideyn, Milli Elmlər Akademyasının şöbə müdiri Professor Vaqif Arzumanlı öz çıxışında tarixi köklərə söykənən Azərbaycan Türkiyə dostluq münasibətləri haqqında geniş məlumat verərək, Azərbaycan gəncləri üçün yaradılmış bu imkanlara görə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hülusi Kılıca, ATİB rəhbərliyinə , “Modern Anadolu Eğitim ve Turizm Hizmetleri Sanayi, Ticaret Limited” şirkətinə və şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəbərliyinə valideynlər adından öz dərin təşəkkürlərini bildirdi. 4. Valideyn, Reyhan Sultan da çıxışında bu layihənin gerçəkləşdirilməsi və həyata keçirilməsinə görə valideynlər adından Türkiyə Cumhuriyyətinin Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hulusi Kılıça, Anadolu Universitetinin rektorluğuna, ATİB rəhbərliyinə, öz dərin təşəkkürlərini bildirdi. 5. Tələbə, Natiq Məmmədov çıxışında Anadolu Universiteti kimi nüfuzlu bir təhsil ocağının tələbəsi olmaqdan böyük qürur duyduqlarını, yaradılmış şəraitə görə layihəyə dəstək olan hərkəsə minnətdar olduqlarını bildirdi. N.Məmmədov çıxışının sonunda qeyd etdi ki, biz tələbələr bu imkanlardan maksimum yararlanaraq yüksək bilik almağa çalışacağıq. 6. Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hulusi Kılıç dərin məzmumlu çıxışında Azərbaycan-Türkiyə dostluq münasibətlərinin bütün sahələr üzrə ən yüksək səviyyədə olduğunu və gündən-günə daha da inkişaf etdiyini qeyd edərək, bu münasibətləri heç kimin poza bilməyəcəyini bildirdi. Cənab Səfir qeyd etdiki, dünyanın 3-cü böyük Universitetinin təhsilinin Azərbaycana gətirilməsi layihəsinin gerçəkləşməsinə dəstək vermiş və bu dəstəyini sonadək davam etdirmək niyyətindədir. Öz çıxışında təhsili hər bir millətin günəşinə bənzədən cənab Səfir, tələbələrə ulu öndərlərin “ Təhsil millətin gələcəyidir”, “ Təhsil milləti qaranlıqdan aydınlığa çıxardır” deyimlərini unutmamağı, elmi biliklərə sahib olmaq üçün çalışmalarının vacib olduğunu tövsiyə etdi. Çıxışının sonunda cənab səfir, yeni tədris ilinin başlanması münasibətilə bütün tələbələri təbrik etdi, onlara uğurlar arzuladı və gələcəkdə Anadolu Universitetinin Azərbaycan proqramları layihəsinin daha da inkişaf etdirilməsinə hərtərəfli dəstək göstərəcəyini qeyd etdi. Sonra qəbul imtahanlarında ən yüksək göstərici əldə edən tələbələrə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hulusi Kılıç, Anadolu Universitetinin rektor yardımcısı Prof.Dr. Hasan Mandal, ATİB idarə heyətinin sədri xanım Fatimə Aslan və səfirliyin nümayəndə heyəti tərəfindən tələbə biletləri təqdim olundu. Sonra tədbirin bədii hissəsinə başlandı, -Tələbələr Gülsüm Məcidova və Nicat Kazımov “Bir millət iki dövlət” mahnısını ifa etdilər. -Tələbə Nargilə Bağırova Azərbaycan Türkiyə dostluğuna həsr etdiyi öz şeirini söylədi. -Tələbələr Anadolu Universitetinin “Tələbə marşı”nı ifa etdilər. Tədbirin yekununda qonaqlar və tələbələr Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, cənab Hulusi Kılıçla xatirə şəkli çəkdirdilər.







