Türkiyənin Anadolu Dövlət Universitetinin Azərbaycanda rəsmi səfərdə olan ,Açıkögretim Fakültəsinin Ögretim Üyesi Prof.Dr.Cengiz Hakan Aydın və Universitetin Əngəllilər Araşdırma İnsitutunun müdiri Prof. Dr. İbrahim Halil Diken 10yanvar tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında oldular.Qonaqları ATİB İH-nin üzvü -Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov qəbul etdi. Prof.Dr Aydın və Prof.Dr Diken Anadolu Universitetində Azərbaycandan Distant formada təhsil alan tələbələrə burada yaradılmış şəraitlə, həmçinin qeydiyyat mərkəzinin fəaliyyəti ilə tanış oldular.Sonra 11-12 yanvar tarixlərində Anadolu Universitetinin Güz Dönemi Ara sınavlarında iştirak edən Universitetin nümayəndələri, imtahan öncəsi bir qrup tələbə ilə səmimi şəraitdə görüşdülər və onların suallarını cavablandırdılar.Görüş zamanı eləcə də, tələbələrin Universitet haqqındakı fikir və təklifləri öyrənilərək, Eskişehirdə Universitetin rəhbər orqanlarında bu təklifləri müzakirə etmək məqsədilə lazımi qeydlər aparmışlar.
コメント