AMEA ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb

22 may 2013-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə  və Anadolu Universitetinin rektoru Prof. Davud Aydın imzalayıb. İmzalanma mərasimində AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, Anadolu Universitetinin rektor müavini Aydın Ziya Özgür, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov iştirak etmişlər. İmzalanan protokolda AMEA Anadolu Universitetində yaradılmış Heydər Əliyev Mərkəzi ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə birgə elmi-tədqiqat işləri aparmaq vəzifəsini öz üzərinə götürür. AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri üçün İnformasiya Texnologiyaları İnstitutunun vasitəsilə video dərslər keçəcək. Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, Azərbaycan alimlərini universitetdə təşkil olunan elmi tədbirlərə dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat institutları ilə birlikdə araşdırmalar aparmaq və ekspedisiyalar təşkil etmək vəzifəsini öz üzərinə götürür.

#metaslider_13712.flexslider .slides li {margin-right: 5px !important;}

#AzərbaycanMilliElmlərAkademiyası #Tarix #AzerbaycanProgramları #AnadoluUniversiteti #Dilçilik #ElmlərAkademiyası #AMEA #İqtisadiyyat #Ədəbiyyat #İncəsənət #AzerbaycanProqramlari

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları