top of page

Anadolu Dövlət Universitetində aldığım keyfiyyətli təhsil seçimimdə yanılmadığımı göstərdi

Mən Elmin Hacızadə , Anadolu Dövlət Universitetinin "Biznesin Təşkili və İdarə edilməsi" (“İşletme” bölümü) ixtisası üzrə təhsil alıram, 1-ci kurs tələbəsiyəm.

Bir tələbə üçün ixtisas seçiminin önəmini hər kəs kimi mən də bilirdim və seçdiyim ixtisasın da Anadolu Dövlət Universitetində olması mənim üçün böyük şans oldu. Məhz hal-hazırda burada aldığım keyfiyyətli təhsil də seçimimdə yanılmadığımı göstərir. Çünki universitetin verdiyi distant təhsil biz tələbələrə dərslərimizi tam sərbəst şəkildə, rahatlıqla mənimsəməmizə kömək olur. İmtahanlara

hazırlaşmağımız, kitabları daha yaxşı mənimsəməyimiz üçün Eskişehirden Universitetin müəllimlərinin bizlərə "Zoom" proqramı vasitəsilə də onlayn dərslər verməsi , ixtisas fənlərinin çox yaxşı və və başa düşüləcək qaydada izah edilməsi, bundan əlavə Azərbaycan Proqramları Qeydiyyat binasında təşkil edilən Türk dili və Riyazi-məntiq hazırlıq kurslarının təşkil olunması sayəsində biz tələbələr semestr imtahanlarında yüksək nəticələr əldə edə bilirik.

Mənim timsalımda bütün tələbələr adından bizə verilən dəyərə və çəkilən əziyyətə görə Universitet rəhbərliyinə minnətdarlığımı bildirirəm və işlərində müvəffəqiyyətlər arzulayıram.



bottom of page