Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan, “Açıköğretim Sisteminde” 1.5 milyona yaxın təhsil alan tələbələrə müjdəli xəbərlərini verdi “TEK DERS SINAVI” “ÜÇ DERS SINAVI” İLƏ ƏVƏZ OLUNDU Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan “Açıköğretim, İktisat ve İşletme” Fakültələrindən məzun olmasına bir dərsi qalan tələbələrin semestr uzatmamaları üçün tədbiq olunan “Tek Ders Sınavı”nın 2016-2017 tədris ilindən etibarən “Üç Ders Sınavı” ilə əvəz edildiyini bildirmişdir. “Tələbənin “Üç Ders Sınavı”nda iştirak edə bilməsi üçün 2016-2017 tədris ilində Payız və Yaz semestrlərində həmin dərslərdən qeydiyyatdan keçməsi zəruridir. “Üç Ders Sınavı”nın nəticəsi, “Dönem Sonu” imtahanının nəticəsi ilə əvəz olunacaq. Rektor Naci Gündoğan səbəbindən asılı olmayaraq “Üç Ders Sınavı”nda iştirak etməyən və ya edə bilməyən tələbələr üçün təkrar imtahan təşkil edilməyəcəyini xüsusilə qeyd etmişdir. Xarici proqramlar üçün “ Üç Ders Sınavı” 13 Avqust 2017-cı il tarixində fakültə idarə heyəti qərarı ilə təyin olunan imtahan mərkəzində keçiriləcək.
top of page
Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
bottom of page
Comments