top of page

“Anadolu Universitesi Personeli Hizmet İçi Eğitim Programı” adlı toplantı keçirildi.

Anadolu Universiteti ənənəvi olaraq hər il olduğu kimi bu ildə Açıköğretim Sisteminin Türkiyədəki 106 bürosu və Universitetin xarici ölkələrdəki Proqramları rəhbərlərinin iştirakı ilə iki qrup üzrə dörd gün davam edən “Anadolu Universitesi Personeli Hizmet İçi Eğitim Programı” adlı toplantı keçirmişdir. Toplantıda ötən bir il ərzində görülmüş işlərdən bəhs edilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Toplantıda Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov iştirak etmişdir. Azərbaycan Proqramlar Koordinatorı toplantı sonrası Anadolu Universiteti rektoru,prorektorları və digər rəhbər aidiyyatı şəxslərlə görüşlər keçirərək, Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrinin Lisans (bakalavr) və Yüksək Lisans (magistr) təhsili ilə bağlı istək və təkliflərini müzakirə etmişdir.






6 views

コメント


bottom of page