top of page

Anadolu Universiteti Azərbaycan Proqramları heyəti “Xocalı” abidəsini ziyarət etdi

Anadolu Universiteti Azərbaycan Proqramları heyəti “Xocalı” abidəsini ziyarət etdi Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar, Anadolu Univerisiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, qurumun əməkdaşları və Anadolu Universitetinin bir qrup fəal gəncləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edərək, abidənin önünə Anadolu Universiteti Azərbaycan Proqramları adından əklil və gül dəstələri qoydular. Koordinator Azər Hətəmov və tələbələr, Xocalı soyqırımı qurbanlarının xatirəsin bir dəqiqəlik sükutla yad etdilər. Sonra Koordinator Azər Hətəmov, Xocalı faciəsinin 20-ci əsrdə baş verən dəhşətli hadisələrdən biri olduğunu xüsusi vurğulayaraq, tələbələrə faciə haqqında ətraflı məlumat verdi. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə amansız divan tutmuşlar. Sonra, Koordinatorun  gənclərlə ayrıca görüşü təşkil edildi və  səmimi şəraitdə keçən görüş zamanı, tarixi, elmi mövzularda müzakirələr aparıldı. Daha sonra Anadolu Unversiteti Azərbaycan Proqramları tələbəsi Sənan Rzalı, Xocalı Soyqırımına həsr etdiyi şeirini Koordinatora təqdim etdi. Həmin şeirin bir gəncin ürəyindəki Xocalı ağrısının misralara süzülmüş bir haray olduğunu və onun ilk şeiri olduğunu nəzərə alaraq, bədii cəhətdən heç bir dəyişiklik edilmədən olduğu kimi təqdim edirik:

Xocalı Şəhidim Ana bətnində öldürdülər, Öldürərək ikisini də şişə çəkdilər. Qoca, cavan demədən qan tökdülər, Heç vaxt unudulmayacaqsan şəhidim! *** Erməni əli silahlı yağıları, Silahsız insanlara qan uddurdular. Udduraraq diri-diri basdırdılar, Heç vaxt unudulmayacaqsan şəhidim! *** Çoxunu əsir götürdülər, Bir o qədər də öldürdülər. Bilirdilər nə edirdilər, Heç vaxt unudulmayacaqsan şəhidim! *** Erməni yağılarının etdiyi vəhşilikləri, Gözlər önünə gətirərək ağlayaq. Ağlayaraq qan yaddaşına bağlayaq, Heç vaxt unudulmayacaqsan şəhidim!








2 views

Comments


bottom of page