Məzun və tələbələr “15 iyun – Milli Qurtuluş Günü" münasibətilə tədbirdə iştirak etdilər.

15 İyun Azərbaycanda “Milli Qurtuluş Günü” bayramı kimi qeyd edilir, bayram günü ilə əlaqədar olaraq AU “Azərbaycan Proqramları”nın tələbə və məzunlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AU Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov tələbələri “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə təbrik edərək, 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirib ki, bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir. Məhz buna görə də tariximizə “15 iyun – Milli Qurtuluş Günü” kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Daha sonra məzun və tələbələr Lider TV-də dəvət aldıqları “Çıxış Yolu” proqramında iştirak edərək bayram sevincini proqramda canlı efir vasitəsilə bölüşmüşlər. Proqram müddəti məzunlar Türkiyədə “Məzun Günü”  tədbirində iştirak  etməklərini, öz xoş təəssüratlarını efir vasitəsilə tamaşaçılarla bölüşmüşlər. Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.




#Distanttəhsil #LiderTV #Açıköğretim #AzerbaycanProgramları #AnadoluUniversiteti #CixisYolu #MəzunGünü #distanttehsil #MilliQurtuluşGünü #15iyun #AzerbaycanProqramlari #Liderteleviziya

IMG-20201017-WA0004.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları