Anadolu Universiteti Azərbaycan Proqramları tələbəsi Turan Şərifovla müsahibə

ANADOLU  UNİVERSİTETİ  “AZƏRBAYCAN PROQRAMLARI “ NDA  TƏHSİL  ALAN  “YÜKSEK ONUR BELGESİ”  VƏ  “ONUR  BELGESİ” ALAN TƏLƏBƏLƏR  İLƏ SİLSİLƏ MÜSAHİBƏLƏRƏ DAVAM EDİR VƏ NÖVBƏTİ MÜSAHİBİMİZ TURAN ŞƏRİFOVLA  MÜSAHİBƏMİZİ  TƏQDİM EDİRİK:


·Qısa olaraq sizi tanıya bilərikmi?Hansı bölümdə oxuyursunuz, məhz bu sahəni seçmə səbəbiniz nədir?

·Turan Şərifov, 24 fevral 1995-ci ildə Zaqatala rayonunda anadan  olmuşam. Anadolu Universitetinin “Açıköğretim Fakültesinin Konaklama İşletmeciliği” bölümünün dördüncü   kurs tələbəsiyəm. Bu ixtisası seçmə səbəbim turizmə olan böyük həvəsimdən irəli gəldi.


·“Yüksək Onur Belgesi” alan tələbələrdənsiniz, buna görə sizi təbrik edirik.Bəs bu uğuru necə əldə etdiniz?

·“Yüksək Onur Belgesi”i almaq mənim üçün çətin olmadı, çünki hər gün planlı şəkildə 3-4 saat dərs çalışırdım və imtahana az müddət qaldıqda dostlarıma az vaxt ayırıb daha uzun müddət dərslərimi oxuyurdum.


·Bu uğuru qazanmağınızda universitetinizin və ailənizin sizə nə kimi faydaları  oldu?

·Universitetimizin bizi təmin etdikləri kitablarda hər şey çox gözəl izah olunub, hətta müəllimin izahı olmasa belə oxuyub anlamaq   mümkündür. Ailəm isə mənə hər zaman dəstək olub.


·İmtahanın təşkili ilə bağlı nə deyə bilərsiniz? Sizin olduğunuz mərkəzdə imtahan aparılmasından  razı qaldınızmı?

·Bəli, imtahanlar çox şəffaf şəkildə aparılır və imtahan vaxtı önəmli olan səssizliyə nəzarət çox yüksək səviyyədə təmin olunur.


·Qarşıda sizi növbəti ilin imtahanları gözləyir. Həmin imtahanlarda necə, yüksək nəticə əldə edəcəyinizə inanırsınızmı?

·Anadolu Universitetinin Azərbaycan Proqramlarında yüksək nəticə göstərmək üçün sadəcə bir yol var, bu da  yalnız oxumaqdır. İmtahandan qorxmaq lazım deyil , imtahanlarda rahat və həyəcansız iştirak etmək lazımdır.


·Biz müasir gənclər kitab oxumaq mövzusunda çox zəifik. Hər birimiz  gənc olaraq bu zəifliyimizi aradan qaldırmalıyıq. Sizcə kitab oxumağı sevmək və sevdirmək üçün ilk addım nədir?

·İndi bizim elə yaşımızdır ki , beynimizin ən inkişaf edən vaxtıdır, ona görə də nə qədər çox kitab oxusaq, o qədər də dünyagörüşümüzə yaxşı təsir göstərəcək. Mən əsasən ingilis  dilində olan kitabları oxuyuram.


·Sonda tələbə yoldaşlarınıza nə demək istərdiniz?

·Tələbə yoldaşlarıma demək istəyirəm ki, imtahanlardan uğurla keçib, “Yüksek Onur Belgesi” almaq o qədər də çətin deyil. Hər kəs gün ərzində 3-4 saat dərslik kitablarını oxusa imtahanlarda yüksək nəticə əldə etmək mümkündür.

·Təşəkkür edirik sizə, uğurlarınız davamlı olsun!


Müsahibə alan: Gülər Qasımlı



anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları