top of page

Anadolu Universiteti Azərbaycan Proqramlarında 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

19 Yanvar 2018 – ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında 20 Yanvar faciəsinin 28-ci ildönümünə və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, “ Azərbaycan Həqiqətləri Uğrunda ‘’ Koalisiyanın üzv QHT və onların rəhbərləri: “Mina Qurbanları Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, Azərbaycanın ilk snayperçi xanımı Növrəstə Yusifova, “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Yaşar Aslanov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr İradə Rizə-Zadə, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov və Anadolu Universitetindən distant formada təhsil alan tələbələr iştirak etmişlər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra aprel döyüşlərində şəhid olmuş Elnur Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olundu . Tədbiri giriş sözü ilə açan Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov çıxışı zamanı 1990- cı il yanvarın 19 -dan 20 – nə keçən gecə Bakıda baş verən faciəni yada salıb , Sovet ordusunun həyata keçirdiyi qətliamdan , günahsız insanların həyatlarını itirməsindən danışıb həmçinin bildiribki , həmin vaxt tam informasiya blokadasında olan Azərbaycanın haqq səsini , faciə haqqında ən dürüst məlumatı ilk olaraq Moskvada Azərbaycanın daimi nümayəndəliyində Ulu Öndərimiz Heydər Əliyev keçirdiyi mətbuat konfransında bütün dünya ictimaiyyətinə çatdırmışdır . Koordinator öz çıxışında həmçinin QHT təşkilatları ilə birgə keçirdikləri bu tədbirin gənclərimizdə vətənpərvərlik ruhununun aşılanmasında önəmini də vurğuladı . O, həmçinin vurğulayıb ki həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar , xalqın milli azadlığı , müstəqilliyi üçün yol açıblar. Çıxış edən “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov, şəhidlərimizin vətən torpaqları uğrunda göstərdiyi misilsiz şücaətlərindən bəhs etmişdir. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr İradə Rizə-Zadə çıxışı zamanı gəncləri vətənpərvər olmağa çağırdı. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, Azərbaycanın ilk snayperçi xanımı Növrəstə Yusifova 1990 – cı il qanlı yanvar tarixində erməni terrorçularının azərbaycanlı qadına , körpəyə , yaşlılara etdiyi işgəncələri , şahid olduğu erməni vəhşiliklərini anlatmış , iştirak etdiyi döyüşün çətinliyindən bəhs etmişdir, O, vətəni sevmək,vətən naminə yaşamaq,ona xidmət göstərməyin vacibliyin bildirmişdir. “Mina Qurbanları Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmməmhəsən Həsənov çıxışı zamanı 20 yanvar hadisələrinin Azərbaycanın bütün dünyaya istiqlaliyyyətin bərpa möhürün vurduğunu , müstəqil , azad ölkə olduğun sübut etdiyini qeyd etdi. Koordinator Azər Hətəmov tələbələri təhsillə , elmlə , savadla böyük nailiyyətlər qazanacağların bildirərək onlara vətənə sevginin sonsuz olması gərəkdiyini qeyd etdi . Qonaqlara tədbirdə iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi.Qonaqlar öz hədiyyələrini təqdim etdi və sonda xatirə şəkilləri çəkdirildi.



















13 views

Comments


bottom of page