Anadolu Universiteti Azərbaycan Proqramlarında Novruz Şənliyi tədbiri keçirilmişdir.

16 Mart 2018-ci il tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında Novruz bayramı  ilə əlaqədar  təntənəli  tədbir keçirilmişdir. Tədbirdə Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələr, onların valideynləri və digər qonaqlar iştirak edirdilər. Tədbiri açıq elan edən aparıcılar ilk öncə qonaqları salamladılar və baharın gəlişini xəbər verən  Novruz bayramı münasibətilə onları təbrik etdilər.

Daha sonra söz Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi  Araz Hətəmzadəyə verildi. Araz Hətəmzadə öz çıxışı zamanı xalqımızın milli mənəvi  dəyərlərindən  olan Novruz Bayramı  haqqında məlumat verərək,dünyadakı bütün azərbaycanlıları ,həmçinin   Anadolu Universiteti tələbələrini Novruz bayramı münasibətilə təbrik etdi , onlara  yeni uğurlar , cansağlığı , xoşbəxtlik arzuladı.

Daha sonra gənclərin bu tədbir üçün  xüsusi hazırlanmış  rəqsləri  böyük maraqla izlənərək alqışlarla qarşılandı.

Anadolu  Universiteti Azərbaycan Proqramlarının matematik  hazırlıq kurslarında məsləhətçi olaraq iştirak edən İrem Deliduman da , öz növbəsində tələbələri bu xoş bayram günü münasibətilə təbrik edərək onları yeni dərs dönemində daha da başarılı   görmək istədiyin bildirdi.

Novruz Bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin çıxışı tədbirə xüsusi əyləncə  bəxş etdi.Tələbələrlə müxtəlif əyləncəli oyunlar keçirən Kosa və Keçəl, həmçinin tədbir zamanı onlarla rəqslər edib  ,nəğmələr  söylədilər.

İştirakçılara  Novruzun milli atributlarından olan şəkərbura , paxlava , qoğal və digər şirniyyatlar təqdim olundu və tədbir  çay süfrəsi ilə  davam etdirildi. Tələbələr və tədbirin digər iştirakçıları Anadolu Universiteti Azərbaycan Proqramları rəhbərliyinə bu yaradılan xoş günə və şəraitə görə dərin minnətdarlığlarını bildirdilər.

Sonda  qonaqlar Anadolu Universiteti Azərbaycan Proqramları həyətində yallı gedib ,müxtəlif rəqslər edərək tədbiri sona çatdırdılar.


#AzerbaycanProgramları #AnadoluUniversiteti #Tədbir #milliatributlar #Mezunlarımız #tələbələr #Novruzbayramı #AnadoluMezunları

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları