”Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok” yarışı keçirilmişdir.

29 aprel «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İdman Dırmanmasının boldrinq növü üzrə”Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok” yarışı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihə çərçivəsində baş tutan tədbirdə Dövlət Dəstəyi Şurasının Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov, Anadolu Universiteti Azərbaycan Proqlamlarının Koordinatoru Azər Hətəmov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (Fairex) vitse-prezidenti Arzu Mustafayev, aprel şəhidi Əlizaman İslamovun anası, Mahir Mirzəyevin doğmaları, Seymur Baxışovun və Rusif Ağayevin həyat yoldaşları, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xətai Rayon İdarəsin üzvləri, QHT rəhbərləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Binəqədi və Xətai İcra Hakimiyyətlərinin nümayəndələri, Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının və Qərb Universitetinin tələbələri iştirak etmişlər. İki gün davam edən yarışda 80-ə yaxın idmançı gücünü sınayıb. Həmin axşam “Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok” yarışı yekunlaşaraq, yarış qalibləri 1-ci, 2-ci kuboka, qızlar və oğlanlar arasında 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülmüşdür. Anadolu Universiteti Azərbaycan Proqlamlarının Koordinatoru Azər Hətəmov, FAİREXİN vitse-prezidenti Arzu Mustafayev, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı qaliblərə diplom, medal və kubokları təqdim etmişlər. Mətanət Əsgərqızı eyni zamanda bu layihədə dəstək olan bütün qurumlara, xüsusi ilə Anadolu Universiteti Azərbaycan Proqlamlarının Koordinatoru Azər Hətəmova, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (Fairex) vitse-prezidenti Arzu Mustafayevə  xüsusi minnətdarlığını bildirərək hədiyyələr təqdim edilmişdir.

#AnadoluÜniversitesi #AzerbaycanProgramları

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları