top of page

Tələbə Humay Ocaqverdili Universitetə öz təşəkkürü bildirdi.

25 iyul tarixində Türkiyənin Anadolu Universitetində İctimaiyyətlə Əlaqələr və Reklamçılıq ixtisası üzrə, məsafədən təhsil (“uzaktan eğitim”) üsulu ilə təhsil alan tələbə Humay Ocaqverdili (@humayodjag) və onun valideyni Şəfəq xanım Anadolu Universitetinin İKT xidmətləri göstərən Azərbaycandakı Rəsmi Tərafdaş Qurumunda Universitetin Azərbaycan Programları üzrə Tələbə İşləri bölümünün müdiri Araz Hətəmzadə ilə görüşmüşlər. Görüş zamanı Şəfəq xanım iki övladının eyni vaxtda fərqli ixtisaslar üzrə Anadolu Universitetində Azərbaycanı tərk etmədən təhsil aldıqlarını bildirərək, bir valideyn, Azərbaycan ictimaiyyətinin nümayəndəsi olaraq universitetin rəhbərliyinə və bütün kollektivinə övladlarımızın ali təhsil almalarına yaratdığları bu gözəl şərait və geniş imkanlardan dolayı öz dərin minnətdarlığını bildirmişdir.Şəfəq xanım həmçinin övladlarının Türkiyəyə getmədən, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) təhsildə səmərəli tətbiqi sahəsində Anadolu Universitetində elektron tədris vəsaitləri (elektron kitablar -pdf, səsli və video dərslər, videokonfrans dərslər, e-seminar dərslər və s.) ilə daha rahat formada təhsil alması imkanlarını müsbət qiymətləndirdiyini bildirmişdir.

Daha sonra Araz Hətəmzadə Şəfəq xanıma övladlarının təhsili ilə yaxından maraqlandığını və təhsilə dəyər vediyi üçün öz dərin təşəkkürünü bildirmiş və 2017-2018 tədris ilinin semestr imtahanlarını yüksək qiymətlərlə bitirdiyi üçün Humay Ocaqverdiliyə Anadolu Universitetinin “Güzel Sanatlar Fakültesi” tərəfindən hazırlanan özəl hədiyyəni təqdim etmişdir.



14 views

Comments


bottom of page