top of page

Anadolu Universitetinə qəbul olmağım mənim üçün uğura doğru irəliləyə bilməyimin başlanğıcıdır

Mən Rüqəyya Qasımzadə,

Anadolu Universitetində "Beynelxalq Münasibətlər" ("Uluslararası İlişkilər") ixtisası üzrə təhsil aliram. Bu il mənim üçün yeniliklərlə dolu bir il oldu.

Bu il məktəbdən məzun oldum, bu il həmişə arzuladığım tələbə adını qazana bildim, bir çox yeni insanlarla tanış oldum.

Anadolu Universitetinə qəbul olmağım mənim üçün uğura doğru irəliləyə bilməyimin başlanğıcıdır. Çünki təhsil aldığım universitet 1958-ci ildən fəaliyyət göstərən, təhsil təcrübəsi ilə bir çox digər universitetlərə örnək göstərilən təhsil ocağıdır.

Seçdiyim distant təhsil forması isə mən və mənim kimi bir çox tələbinin zamanını düzgün dəyərləndirməsinə, təhsil almaqla bərabər iş təcrübəsi qazanmağına, yeni dil öyrənməsinə, bir sözlə, şəxsi inkişafına kömək edir.

Çünki işləmək və ya başqa bir fəaliyyət tələbənin dərslərinə çalışmasına mane olmur. Tələbələr onlar üçün hazırlanmış Anadolum “e-kampüs” sistemində olan vəsaitlərdən yararlanaraq evdə, işdə, hətta ictimai nəqliyyatda belə dərslərinə asanlıqla hazırlaşırlar. Həmçinin "Zoom" proqramı və videokonfrans vasitəsilə Türkiyədən birbaşa verilən əlavə onlayn dərslər də bizə rahatlıqla dərslərimizə və imtahanlarımıza hazırlaşmağımıza kömək edir.

Tələbələri üçün gözəl və rahat təhsil şəraiti yaratdıqları üçün Universitet rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm.



86 views

Comments


bottom of page