5fd88564adb52.jpg

Anadolu Universitetində təhsil alan Anar Mustafayev və İbrahim Mustafayev

Mən Anar Mustafayev,

Qardaşım İbrahim Mustafayevlə birlikdə Anadolu Dövlət Universitetinin "İdarəetmə və İnformasiya Sistemləri "("Yönetim Bilişim Sistemleri") ixtisası üzrə təhsil alırıq, 1-ci kurs tələbəsiyik.

Bir tələbə üçün ixtisas seçiminin nə qədər önəmli və vacib olduğunu yəqin ki, hər kəs bilir. İnformasiya Sistemlərinə çox-çox əvvəldən hər ikimizin də marağının olması, həmçinin bütün dünyada və ölkəmizdə də bu ixtisasa böyük tələbatın olmasının , eləcə də, iş imkanlarının geniş olmasının bu ixtisası seçməyimizdə böyük rolu var.

Seçdiyimiz ixtisasın Anadolu Dövlət Universiteti kimi prestijli Universitetdə olması isə, bizim üçün böyük şans idi. Çünki, bu universiteti araşdırdığımız zaman , Universitetin verdiyi keyfiyyətli təhsilin, seçdiyimiz ixtisas üzrə ixtisaslaşmağımızda yardımçı olacağına əmin idik və hal-hazırda burada aldığımız təhsil seçimimizdə yanılmadığımızı göstərir.

Universitetin verdiyi distant təhsil biz tələbələrə dərslərimizi tam sərbəst şəkildə, rahatlıqla mənimsəməmizə kömək olur. Universitetin rəsmi tələbə portalında dərslərimizə hazırlaşırıq. Bundan əlavə pandemiya şəraitində biz tələbələrə qayğısını daha da artıran Universitetimiz imtahanlara hazırlaşmağımız, kitabları daha yaxşı mənimsəməyimiz üçün Eskişeherden Universitetin müəllimləri bizlərə "Zoom" proqramı vasitəsilə də onlayn dərslər verirlər. Bunun nəticəsidir ki, həm qardaşım , həm də mən semestr imtahanlarında yüksək nəticələr əldə etdik.

Bu qayğıya, biz tələbələrə verilən dəyərə görə Universitet rəhbərliyinə minnətdarlığımızı bildiririk

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2021 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları