top of page

Azərbaycanın Dövlət Universitetlərinin prorektorları Eskişehirdə olmuşdurlar.

Türkiyədə “TODAİE` de Eğitim Yönetimi Semineri”nda iştirak etmək üçün səfərdə olan Azərbaycanın 15 Dövlət Universitetinin rəhbərlikləri-prorektorları 26 noyabr 2014-cü il tarixdə Anadolu Universiteti ilə yaxından tanış olmaq üçün Eskişehirdə olmuşlar. Azərbaycanın Dövlət Universitetlərinin rəhbərlikləri öncə Anadolu Universitetinin mühəndislik fakültəsində və “Yer ve Uzay Bilimleri Enstitüsü” ndə təşkil olunmuş toplantılarda iştirak edərək, universitetin bu bölümləri ilə yaxından tanış olmuşlar. Toplantıda Anadolu Universiteti prorektoru Prof. Dr. Aydın Aybar, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Əskişəhər azərbaycanlılar dərnəyinin rəhbəri Cavid Aydın iştirak etmişdir. Daha sonra Azərbaycan heyəti Anadolu Universitetində “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi” ni ziyarət etmişlər. Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğan Heydər Əliyev Mərkəzi haqqında onlara əraflı məlumat vermişdir. Daha sonra rektorluq binasında “2009 salonu” nda “Açık ve Uzaktan Eğitim sistemi” mövzusunda seminar keçirilmişdir. Seminara Anadolu Universitetinin prorektoru Prof. Dr. Yücel Güney, Açıköğretim Fakültesi Dekanı Prof. Dr. Kerim Banar, AOF dekan müavinləri Prof. Dr. Cemil Ulukan, Yrd. Doç. Dr. Sinan Aydın və universitetin digər aidiyyatı şəxslər qatılmışdır. Seminarda Prof. Dr. Yücel Güney və Prof. Dr. Kerim Banar Açık ve Uzaktan Eğitim sistemi haqqında qonaqlara geniş məlumat vermişlər. Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov Anadolu Universiteti “Azərbaycan Proqramları” haqqında məlumat verərək, bununla əlaqədar Azərbaycan Dövlət Universitetlərinin nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır. Sonra Azərbaycan nümayəndə heyəti Açıkögretim fakültəsinin viedokonfrans salonunda olmuşlar və “Azərbaycan Proqramları” tələbələri ilə canlı bağlantı yaradılmışdır. Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru tərəfindən nümayəndə heyətinin üzvləri Bakıdakı izləyicilərə təqdim olunmuş, eyni zamanda Azərbaycan Dövlət Universitetlərinin rəhbərliklərinə Anadolu Universiteti “Azərbaycan Proqramları” nda tətbiq olunan videokonfrans sistemi haqqında məlumat verilmişdir. Canlı videokonfrans bağlantısında Anadolu Universiteti prorektoru Prof. Dr. Yücel Güney və Açıköğretim Fakültesi Dekanı Prof. Dr. Kerim Banar iştirak etmişlər. Həmin gün Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğan adından qonaqlara rəsmi ziyafət təşkil olunmuşdur. Azərbaycandan gələn nümayəndə heyətinin üzvləri tərəfindən Anadolu Universiteti rektoruna xatirə hədiyyələri təqdim olunmuşdur.



12 views

댓글


bottom of page