Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) “İşgüzar Nahar” keçirilməsinə start verdi

30 sentyabr 2015-ci ildə ATİB üzvü olan Bulvar Bakı Otelində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)tərəfindən “İşgüzar Nahar” təşkil olunmuşdur. “İşgüzar Nahar”da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, ATİB üzvləri və digər dəvətolunmuş qonaqlar iştirak etdi. Tədbiri giriş sözü ilə  açan ATİB-in Baş Katibi Pərvanə Hacıyeva əvvəlcə qonaqları salamladı və bundan sonra belə “İşgüzar Nahar”ların ənənəvi olacağını qeyd etdi. Sonra ATİB sədrinin müavini Cem Becel qonaqlara iştirak üçün təşəkkür edərək ATİB haqqında hazırladığı məlumatı təqdim etdi. “İşgüzar Nahar”da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun qısa çıxışında “İşgüzar Nahar”ın keçirilməsini yüksək qiymətləndirdi. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev “İÇƏRİŞƏHƏR –Bakını dünyada tanıdan brend” mövzusu ilə çıxış edərək Bakının tarixi haqqında ətraflı məlumat verdi. O, həmçinin dəvət üçün ATİB-ə dərin minnətdarlığını bildirdi. Naharda ATİB üzvləri olan Bulvar Bakı Oteli, NORM MMC və “Ziraat Bank Azərbaycan” ASC öz təqdimatlarını qonaqlara çatdırdılar. Tədbirin sonunda çıxış edənlərə və ATİB-ə yeni üzv olan qurum rəhbərlərinə plaketlər və hədiyyələr təqdim olundu.



#İşgüzarNahar #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #Tədbir #ATİBİH #AzerbaycanProqramlari

IMG-20201017-WA0004.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları