top of page

Azərbaycan Türkiyə İş Adamları Birliyin­in ( ATİB) ümumi qur­ultayı keçirildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusunda konfrans keçirildi.

Tədbirdə Türkiyənin və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səfirləri, Azərbaycan Milli Məclisinin deputatları, müxtəlif nazirliklərin, Universitetlərin rəhbər nümayəndələri, sahibkarlar, Anadolu Universitetinin bir qrup tələbəsi və digər şəxslər iştirak etdi.

Toplantıda Ümummilli Lider Heydər Əliyev, Ulu Öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsi anıldı, hər iki ölkənin Dövlət himnləri səsləndirildi.

Açılış nitqi ilə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirdi ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki öIkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, ATİB-ə fəaliyyətində uğurlar arzu etdilər.

Tədbir daha sonra ATİB-in Ümumi Yığıncağının İclası ilə davam etdirildi, İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi məsələsinə baxıldı.





Kommentare


bottom of page