14 noyabr 2018-ci il tarixdə AZƏRTÜRK bankının sabiq baş direktoru Sami Acarözmen Anadolu Universiteti “Azərbaycan Proqramları”nı ziyarət etdi. Qonağı Anadolu Universiteti “Azərbaycan Proqramları” tərəfdaş qurumunda çalışan əməkdaşlar və distant təhsil alan bir qrup tələbə çiçək dəstəsilə qarşıladılar. Sami Acarözmen Anadolu Universitetində Azərbaycandan distant təhsil alan tələbələr üçün burada yaradılmış şəraitlə daha öncədə yaxından tanış olduğunu və göstərilən xidmət səviyyəsini yüksək dəyərləndirdiyini bildirdi.
Daha sonra Anadolu Universiteti Azərbaycan Programları Koordinatoru Azər Hətəmov Sami Acarözmeni qəbul etmiş və ona 2011-2013-cü illərdə AZERTÜRK bankının rəhbəri olduğu dönəmdə tələbələrimizə təhsil haqqı məsələrinin ödənişlərinin asanlaşdırılmasında göstərdiyi köməkliyə görə, həmçinin Anadolu Universitinin Azərbaycandakı tələbələrinə bank sahəsi üzrə verdiyi elmi seminarlara görə təşəkkürünü bildirdi. Səmimi şəraitdə çay süfrəsi ətrafında davam edən söhbətdən sonra Azər Hətəmov özünün də müəllifi olduğu və həm də elmi şura qərarıyla dərs vəsaiti kimi də istifadə olunan “Multikulturalizm… fəlsəfi lüğət” kitabını ona hədiyyə etmişdir. Müəllifin şəxsi imzalı kitab hədiyyəsi üçün Sami Acarözmen Koordinator Azər Hətəmova öz minnətdarlığını bildirmişdir Sonda xatirə şəkili çəkdirilmişdir.
Comentarios