top of page

Biz fərqliyik, çünki Biz Anadolu Universitetinin məzunlarıyıq!

  1.    Türkiyə Cümhuriyyətində Eskişehir Anadolu Universitetində hər il olduğu kimi bu il də 2015-2016 tədris ili üçün təşkil olunmuş Məzuniyyət Tədbiri böyük coşqu və izdihamla qeyd edilmişdir. Anadolu Universiteti 2016-cı il Məzuniyyət Tədbirinə xüsusi seçilmiş məzunlarla yanaşı onların valideynləri, Eskişehir Valisi vəzifəsini icra edən Günhan Yazar, Eskişehir Millət vəkillləri Emine Nur Günay,Utku Çakırözer, Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan, Eskişehir Osmanqazi Universiteti Rektoru Prof. Dr. Hasan Gönen, Eskişehir Tepebaşı Kaymakamı Salih Keser, Anadolu Universiteti Prorektorları Prof. Dr. Ali Savaş Koparal, Prof. Dr. Yücel Güney, Prof. Dr. Aydın Aybar, Prof. Dr. Zafer Asım Kaplancıklı ilə Prof. Dr. Adnan Özcan, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov, Eskişehir Osmanqazi Universiteti Prorektoru Prof. Dr. Alparslan Birdane, Anadolu Universiteti professor-müəllim heyəti qatılmışdır. “İki Eylül Kampüsü”ndə yerləşən Anadolu Universitetinin qapalı stadionunda üç gün davam etməklə həyata keçirilən Məzuniyyət Tədbirinə, Türkiyədən əyani və distant təhsil almaqla məzun olan tələbələrlə yanaşı, eyni zamanda, Anadolu Universitetinin xarici proqramlarından (Azərbaycan, Makedoniya, Albaniya, Kosova, Bolqarıstan, Bosniya və Herseqovina və Qərbi Avropa Proqramlarından: Almaniya- Köln, Stuttgart, Hamburg, Frankfurt, Münhen, Berlin; Fransa – Paris, Avstriya – Vyana, İsveçrə – Bern, Belçika – Brüssel, Hollandiya – Haaqa) distant formada təhsil alaraq məzun olan tələbələr də tədbirdə iştirak edərək “Kep atma” həyəcanını tələbə yoldaşları ilə birlikdə yaşadılar.

  2.           Türkiyənin və dünyanın dörd bir yanından distant formada təhsil alan tələbələr, əyani təhsil alan tələbələrdən daha çox həyəcanlı və qürurlu idilər, çünki distant şəkildə təhsil alan tələbələrdən təhsil aldığı universiteti ilk dəfə və sadəcə Məzuniyyət Tədbirinə qatılaraq görənlər də var idi. 2015-2016 tədris ili üzrə baş tutan Məzuniyyət Tədbirinə Açıqöyrətim fakültəsindən min iki yüz tələbə (1200) qatılmışdır. Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olan tələbələr də, tədbirin ilk günü Açıqöyrətim, İqtisad və İdarəetmə fakültələrindən məzun olma həyəcanını yaşadılar. Azərbaycan Proqramlarından olan məzunlar stadiona əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıraraq daxil olaraq, tədbirdə xüsusi coşqu və həyəcan yaratmışdırlar.

  3.           Anadolu Universiteti İqtisad Fakültəsində Azərbaycandan distant formada təhsil alaraq məzun olan Vüsalə Həsənzadə bütün tələbə yoldaşları adından məzun olma həyəcanını səhnədə çıxışı ilə bölüşmüşdür. O, öz çıxışında Azərbaycandan Türkiyəyə qucaq dolusu salamlar gətirdiyini, dünyanın ən nüfuzlu universitetinin məzunu oluduğunu, belə bir imkanı yaratdıqları üçün Rektor Prof.Dr. Naci Gündoğan və Azərbaycan Programları Koordinatoru Azər Hətəmov başda olmaqla əziyyəti keçən hər kəsə minnətdarlığını bildirmişdir. Həmçinin o, Ulu Öndər Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir” fikirlərini səsləndirdikdən sonra, Atatürkün gənclər haqqında sitatından da nümunə çəkmişdir: “Ey yükselen yeni nesil, gelecek sizindir. Cumhuriyeti biz kurduk; onu yükseltecek ve sürdürecek sizsiniz”. “Biz fərqliyik, çünki biz Anadolu Universitetinin məzunlayırıq” deyərək fikirlərini bu şəkildə tamamlayan Vüsalə Həsənzadənin çıxışından sonra Azərbaycanlı tələbələr “Qarabağ Türkündür, Türkün olacaq” şüarını səsləndirərək dünya ictimaiyyətinə siyasi mesaj verərək “Bir millət, iki dövlət” olduqlarını bir daha nümayiş etdirmişdirlər.

  4.           Türkiyənin istiqlal marşı səsləndikdən sonra, Anadolu Universiteti Rektoru Prof. Dr. Naci Gündoğan məzunları təbrik etmək üçün səhnəyə dəvət edildi. Rektor Naci Gündoğan, Açıqöyrətim məzunlarına ikinci dəfə bu qədər geniş iştiraklı xüsusi bir məzuniyyət tədbiri təşkil edildiyini bildirdi. Rektor Gündoğan: “Ülkemizde 30 yılı aşan bir geçmişe sahip olan Anadolu Üniversitesi Açıköğretim Sistemi, 2.5 milyonu aşan mezunu ve 2.5 milyona yaklaşan aktif ve pasif öğrencisiyle Türk Eğitim Sistemine bugüne kadar önemli katkılar sağlamıştır.  Açıköğretim aracılığıyla ekonomik durumu örgün sistemde öğrenim görmesi için yeterli olmayan ya da çalışmak zorunda olduğu için yükseköğrenim mahrum olan yüzbinlerce vatandaşımızın, tabiri caizse ayağına kadar gidilmekte, yaşadığı şehirden başka bir yere gitmeden yükseköğrenim görmesi sağlanmaktadır” dedi.

  5.           Bu hizmetlerin sunulmasında 110 büro ile etkin bir şekilde öğrencilere hizmet sunulduğunu aktaran Gündoğan, “Ara sınav ve final sınavları yurt içinde 81 il ve 19 ilçede, Batı Avrupa’da Almanya Köln merkezli 7 ülkede 12 sınav merkezinde, Kosova’da, Makedonya’da, Azerbaycan’da Bakü ve Gence’de, Bulgaristan’da Bosna Hersek’te, Arnavutluk’ta, KKTC’de olmak üzere toplam 24 merkezde başarılı bir şekilde yürütülmektedir. Gelecekte de çağdaş dünyanın gereklerine uygun bir şekilde kendini sürekli yenileyen ve hedeflerini genişleten bir anlayışla ülkemizin hizmetinde olmaya devam edecektir” ifadələrini istifadə etdi. Sonra məzunlara simvolik olaraq diplomlar təqdim edildi və məzunlar Rektor Naci Gündoğanla xatirə şəkili çəkdirərək həmin anları tarixə, yaddaşlara yazdılar.

  6.           Tədbir konsert proqramı ilə davam etdi, Türkiyənin tanınmış müğənnisi Fatih Erkoçun orkestri tədbirə maraqlı musiqilərlə rəng qatdı. Stadiondakı bütün məzunlar keplərini havaya atdıqdan sonra məzuniyyət tədbiri yekunlaşmışdır.










































14 views

Comments


bottom of page