top of page

Cavid Vəliyev Anadolu Universiteti Azərbaycan Proqramlarında tələbələrlə görüşdü.

14 fevral 2015-ci il tarixdə Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələrinin və Eskişehirdən Anadolu Universiteti təmsilçilərin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Cavid Vəliyevin “1915-ci il Türkiyə  və 1990-cı il Azərbaycan (Qarabağ) üzərində Ermənistanın apardığı siyasət” mövzusunda mühazirəsi dinlənildi və mövzu ətrafında müzakirələr aparıldı. Müzakirələrə videokonfrans vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin tarix bölümünün müəllimi, dosent Kemal Yakut, doktorantura pilləsində təhsil alan gənclər qatıldılar. Tədbirin keçirilməsinin əsas məqsədi Ermənistanın əsrlər boyu Türkiyə və Azərbaycanla bağlı apardığı mənfur siyasət haqqında tələbələri məlumatlandırmaqdan ibarət idi. Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov SAM-ın nümayəndəsi Cavid Vəliyevi, ATİB İH-nin sədri Cemal Yangını, Anadolu Universiteti “Azərbaycan Proqramları” nın Bakı-1, Bakı-2 və Eskişehir studiyasındakı iştirakçıları salamladı və qonağı iştirakçılara təqdim edərək belə görüşlərin əhəmiyyətindən danışdı. Daha sonra qeyd olunan mövzuda Dr.Cavid Vəliyevin əhatəli mühazirəsi dinləndi. Dr. Cavid Vəliyev tədbir iştiakçılarına ermənilərin tarix boyu türklərə qarşı apardığı düşmənçilik və soyqırım  siyasətindən bəhs edərək qeyd etdi ki, torpaqlarına təcavüz olunduqdan sonra da Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirir. Dr. Cavid Vəliyev bununla yanaşı bu məsələdə həm Azərbaycanın, həm də Türkiyənin müştərək mövqedən çıxış etmələri mövzusundan da bəhs etdi. Dosent Kemal Yakut öz çıxışında 1915-ci il hadisələrindən, həmçinin erməni terror təşkilatlarının türklərə, türk diplomatlarına qarşı törətdikləri terror aktlarından danışdı. Sonra çıxış edən ATİB İH-nin sədri Cemal Yangın belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı, 1915-ci il və Qarabağ hadisələrinin bir-biri ilə bağlı olduğunu və belə məsələlərin daim gündəmdə saxlanılmasının vacibliyini vurğuladı. Sonda Anadolu Universiteti koordinatoru Azər Hətəmov SAM-ın əməkdaşı Cavid Vəliyevə, ATİB İH-nin sədri Cemal Yangına, Dosent Kemal Yakuta və tələbələrə belə önəmli tədbirdə iştiraklarına görə öz təşəkkürünü bildirdi.

9 views

Comments


bottom of page