top of page

“İkinci Qaqauziya Beynəlxalq İnvestisiya Forumu”ndan sonra Bayram şənlikləri keçirildi.

Moldovada keçirilən “İkinci Qaqauziya Beynəlxalq İnvestisiya Forumu”nun növbəti günü Türkiyə Cumhuriyyətinin rəsmi nümayəndə heyəti  Kişinyovdan xüsusi korteclə yenidən Komrat şəhərinə yola çıxdılar  və  Qaqauziyanın mərkəzi olan  Komrat şəhərində silsilə Bayram şənliklərində  iştirak etdilər.  Bayram şənliklərində Moldova parlamentinin sədr müavini Vladimir Vityuk, Qaqauziya Muxtar Respublikasının başçısı İrina Vlax, Türkiyə Cumhuriyyəti  Baş Nazirinin müavini Yıldırım Tuğrul Türkeş, Qaqauziya Xalq məclisinin sədri Dmitri  Konstantinov, Sankt-Peterburg şəhərinin vitse-meri Sergey Movcan, Türkiyə Cumhuriyyətinin Moldovadakı səfiri Hulusi Kılıç, Moldova Kənd Təsərrüfatı və Yeyinti sənayesi naziri Eduvard Qrana,  Moldova  Prezidentliyinə namizəd İqor Dodon  və.s rəsmi şəxslər, eləcə də Moldova və dünayanın müxtəlif ölkələrindən KİV nümayəndələri və 30 min nəfərə yaxın qaqauz-türk xalqı olan yerli sakinlər iştirak edirdilər. T.C. nümayəndə heyətinin tərkibində  Bayram şənliklərində iştirak edən ATİB İH  Sədri Cemal Yangın və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatorı Azər Hətəmov tədbirlər çərçivəsində Qaqauziya Muxtar Respublikasının başçısı İrina Vlax və  Qaqauziya Təhsil başçısı Sofiya Torlak və digər  rəhbər şəxslərlə səmimi şəraitdə keçən görüşlər keçirmişlər. Həmçinin Moldova parlamentinin sədr müavini Vladimir Vityuk, Sankt Peterburq şəhərinin vitse-meri Sergey Movcan, Moldova Prezidentliyinə namizəd İqor Dodanla da birlikdə  görüşmüşlər. Sonra Moldova parlamentinin sədr müavini Vladimir Vityuk, Moldova Prezidentliyinə namizəd İqor Dodon  (Artıq, bugün cənab İqor Dodon  son seçki turunda qalib gələrək  Moldovanın prezidenti seçilmişdir) və digər rəsmi şəxslərlə xatirə şəkilləri çəkdirmişlər. Daha sonra Türkiyə nümayəndə heyəti  Kişinyov Hava Limanının “Rəsmi heyətlər salonu”nundan yola salınmışdırlar. Yola salma mərasimində T.C.-nin Moldovadakı səfiri Hulusi Kılıç və səfirliyin əməkdaşları iştirak etmişlər. Bununla da ATİB İH sədri Cemal Yangın  və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatorı Azər Hətəmovun  noyabr ayının ilk on günlüyündə Moldova və Qaqauz bölgəsinə olan səfərləri başa çatmışdır.














1 view

Comments


bottom of page