Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri və məzunları iyun ayının 7-si Lider Tv-nin “Çıxış Yolu” verlişində qonaq qismində iştirak etmişdirlər. Türkiyədə keçirilən “Məzun Günü” tədbirində iştirak edən Hicrət Əliyev işlədiyi üçün əyani təhsil ala bilməməsindən, məhz Anadolu Universitetinin distant təhsil sistemi sayəsində ali təhsilini başa vurmasından və iş həyatında məsafə vermədən əksinə təhsil aldığı müddətdə öyrəndikləri əsasında daha da irəli addımlamasından danışmışdır. Proqramın digər qonaqları isə Anadolu Universitetində distant təhsil sayəsində ikinci təhsillərini alan Cavid Məmmədov və Həmid Həsənzadə olmuşlar. Tələbələr Azərbaycan Universitetlərində əyani formada təhsil almaqla yanaşı, paralel olaraq Anadolu Dövlət Universitetinin də tələbəsidirlər. Nəticə etibarı ilə dörd ilin tamamında iki diploma sahib olma və zaman itirmədən ikinci ali təhsil almaq və bütün bu imkanların distant təhsil sayəsində mümkünlüyündən bəhs etmişlər.
Comments