top of page

Nüfuzlu diplomat Hulusi Kılıçla “Anadolu Üniversitesi ​ Azerbaycan Programları”nda görüş keçirildi.

Oktyabrın 18 – də “Anadolu Üniversitesi Azerbaycan Programları”nda ​ Türk Dünyası Parlamentlər Birliyinin Xarici əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycanda (2008-2012) və Moldovadakı (2016-2018) sabiq səfiri Hulusi Kılıçla görüş keçirildi. Görüşdə ATİB İH-nin​ sədri Cemal Yangın, ATİB İH –nin üzvi-“Anadolu Üniversitesi Azerbaycan Programları” Koordinatoru Azər Hətəmov, Moderator.az saytının Baş redaktoru Zülfüqar Hüseynzadə, həmin saytın xüsusi müxbiri Günel Ələsgərova, “Anadolu Üniversitesi Azerbaycan Programları”nın əməkdaşları, Universitetin bir qrup məzunu, tələbələri və Universitetə yeni qəbul olunacaq tələbələr iştirak edirdilər.

​ Tədbiri giriş sözü ilə açan Azər Hətəmov öncə Azərbaycanın​ Dövlət Müstəqilliyi​ Günü münasibəti​ ilə hər kəsi təbrik etdi. Sonra Hulusi bəy haqqında məlumatlar verərək diplomatın Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri vəzifəsində olduğu dönəmdən və həmin vaxtlarda Anadolu Universiteti Azərbaycan Proqramlarının ərsəyə gəlməsindəki fədakarlıqlarından, tələbələrə hər zaman göstərdiyi qayğılarından danışdı. Azər Hətəmov qeyd etdi ki, Hulusi bəyin Moldovada səfir olduğu dönəmdə də mən iki dəfə Moldovoda rəsmi səfərdə oldum və ​ səfir Hulusi Kılıçın Moldovada yaşayan Azərbaycan-Türkiyə, eləcə də ​ qaqauz türklərini bir araya gətirərək onlara dəstək olduğunun şahidi oldum. Həmçinin qeyd etdi ki, məhz iki qardaş ölkə olan Azərbaycan-Türkiyə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə, bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk olaraq səfir kimi Hulusi Kılıça “Dostluq” ordeni verilib.

​ Sonra çıxış edən Hulusi Kılıç bu təhsil layihəsinin həmin dönəmlərdəki çətin şərtlərə baxmayaraq açılması üçün göstərdikləri hərtərəfli səylərindən və bu layihənin Türk dünyası üçün önəmindən bəhs etdi.​ ATİB İH-nin ​ sədri Cemal Yangın da bu layihənin icrasına başlandığı illərdəki çətinliklərə baxmayaraq səfirliyin dəstəyi ilə də inkişaf etdirilməsindən və müasir dövrün tələblərinə ​ cavab verən peşəkar, rəqabətyönümlü ​ kadr ehtiyatı baxımından əhəmiyyətindən söz açdı. Sonra Universitetin məzunlarından Elmar Hacıyev, Sona Salmanlı, Nuray Öztürk, Röya Rzayeva, Arslan Arzumanlı, Fərqanə Quliyeva çıxış edərək Hulusi bəyə təhsilə verdiyi önəmə ​ və ​ Anadolu Universitetində təhsil aldıqları vaxtlarda onlara ​ göstərdiyi dəstəklərə görə təşəkkür etdilər. Səmimi şəraitdə keçən görüş sonrası xatirə şəkilləri çəkildi.


24 views

Comments


bottom of page