top of page

Nazir Azərbaycan və Türkiyə diplomlarının qarşılıqlı tanınması məsələsinə münasibət bildirib

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali məktəb diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı məsələyə münasibət bildirib.

Z.Selçuk “Report”a eksklüziv müsahibəsində deyib ki, tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqlar var.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr aparılıb: “Bu kimi məsələlər bizim bir-iki görüşlə dərhal həll edə biləcəyimiz məsələlərdir və bununla balalarımıza yol açmaq iqtidarındayıq. Biz bunları böyük problemlər kimi deyil, danışıb həll edə biləcəyimiz məsələlər olaraq görürük. Onu da qeyd edim ki, diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik”.



Комментарии


bottom of page