Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunmasından sonra tədbiri giriş sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral hər kəsi salamlayaraq,Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətlianlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mü arizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq. Azərbaycan Respublikası Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezident İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur.
Tədbirdə dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, KİV-in nümayəndələri ilə yanaşı, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin (İH) sədri Cemal Yangın, İH-nin üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Anadolu Universiteti Azərbaycan Proqramları nümayəndəsi Araz Hətəmzadə, İH-nin üzvləri Avni Demirci, Rafiq Qarayev, ATİB-in Baş Katibi Pərvanə Hacıyeva və ATİB-ə üzv olan qurumların rəhbərləri iştirak etmişdirlər.
Tədbirdə ATİB İH-nin sədri Cemal Yangın və ATİB İH-nin üzvu Azər Hətəmov Azərbaycan Dövlət Televiziyasına (AZTV) Cümhuriyyət Bayramı ilə əlaqədar müsahibə vermişdirlər.










Comments