Prof.Dr. Naci Gündoğan, Urxan Ələkbərov ilə görüşmüşdür.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda rəsmi səfərdə olan Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun dəvəti ilə həmin Akademiyada olmuş və Akademiyanın rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı Türkiyənin və Azərbaycanın hər iki nüfuzlu ali təhsil ocaqları arasındakı Əməkdaşlıq Haqqında mövcud protokola uyğun bir çox məsələlər müzakirə edilmiş, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılaraq müvafiq razılıq əldə olunmuşdur. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru – Prof.Dr. Əlikram Abdullayev, Akademiyanın “Elmi-Təşkilat” şöbəsinin müdiri Rəcəb Rəhimli və Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov iştirak etmişdirlər.


#AzerbaycanProgramları #AnadoluUniversiteti #Anadolu #AnadoluÜniversitesi #DövlətİdarəçilikAkademiyası #AzerbaycanProqramlari

IMG-20201017-WA0004.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları