23 sentyabr 2016-ci il tarixində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunun şərəfinə düzənlənmiş ziyafətdə Türkiyə Səfirliyinin Müşaviri və katibləri, ATİB İH-i və ATİB-ə üzv qurumların rəhbərləri, Azərbaycan ictimaiyyətinin görkəmli şəxslər, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan ATİB İH-nin Sədri Camal Yangın çıxış edərək iki ölkə arasında inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkununu fəaliyyəti müddətində göstərdiyi xidmətlərdən bəhs etmişdir. Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun öz çıxışında iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O bildirib ki, Türkiyə hər mövzuda Azərbaycanla eyni mövqedədir: “Biz bütün məsələlərə eyni gözlə baxırıq. Biz qardaş ölkələr olaraq hər zaman bir-birimizin yanında olmuşuq. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxından tanıdılması üçün bütün vasitələrdən istifadə etməliyik və bu, bizim ən vacib işlərimizdən biridir. Azərbaycandan ayrılmaq asan deyil. Mən Türkiyədə olanda övladlarım deyir ki, Bakıya, evimizə nə vaxt gedəcəyik. Bu, mənim də, ailəmin də Azərbaycan sevgisidir. Səfir Alper Coşkun ona diqqət göstərərək belə bir tədbir təşkil edildiyinə görə tədbirin təşkilatçılarına və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov öz çıxışında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunun fəaliyyəti dövründə Türkiyə-Azərbaycan arasında görülmüş işlərdən və cənab səfirin təhsil sahəsinə də göstərdiyi diqqət və qayğıdan bəhs edərək onun fəaliyyətini yüksək dəyərləndirdiyini bildirdi.
Comments