5 mart 2013-cü il tarixdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Anadolu Universitetinin simfonik orkestrinin “Bir millət, iki dövlət” adlı konserti oldu. Drijor Cemi Can Deliorman tərəfindən idarə olunan konsertə pianoçu Gökhan Aybulus solist olaraq qatıldı. Konsertdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Universitetinin rektor müavini Meryem Kozak, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın, millət vəkilləri, qeyri-hökumət təşkilatları nümayəndələri, Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri iştirak etdilər. Konsertdən əvvəl çıxış edən səfir Alper Coşkun iki ölkə arasında əlaqələrin bütün sahədə olduğu kimi mədəniyyət sahəsində də inkişaf etməsindən duyduğu məmnuniyyəti dilə gətirdi. Konsertdə F.Əmirovun, Q. Qarayevin, S.Hatiboğlunun və Ü.C.Erkinin əsərləri səsləndirildi. “Türkiyə-Azərbaycan Dostluq Konserti” nə media nümayəndələri də dəvət olunmuşdu. Dövlət Filarmoniyasında “Bir millət, iki dövlət”- “Türkiyə-Azərbaycan Dostluğu Konserti” keçirildi (05.03.2013)
Comments