Maral Barlaşın şərəfinə ziyafət təşkil edilmişdir.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin aparat rəhbəri  (Müşteşarı)   Maral Barlaşın səlahiyyət müddətinin bitməsi və onun Türkiyə Cümhuriyyətinin Argentinadakı Səfiri vəzifəsinə təyin edilməsi münasibətiylə, ATİB İH təşəbbüsü ilə onun şərəfinə ziyafət təşkil edilmişdir. Tədbiri giriş sözü  ilə açan ATİB İH sədri Cemal Yangın hər kəsi salamlayaraq, təşkil olunmuş bu tədbirin məqsədindən bəhs etmiş və Maral Barlaş haqqında öz təəssüratlarını iştirakçılarla bölüşmüşdür. ATİB İH sədri Cemal Yangın daha sonra  sözü Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı  Səfiri cənab Erkan Özorala vermişdir. Səfir  Erkan Özoral  çıxışında Maral xanım  haqqında öz yüksək fikirlərini bildirmişdir. Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşaviri  Abdulkadir  Böyükfirat və Anadolu Universiteti Azərbaycan  Proqramları Koordinatoru Azər Hətəmov Maral xanımın Azərbaycandakı səmərəli fəaliyyəti haqqında öz səmimi fikirlərini bölüşmüşlər, həmçinin ona yeni təyin olunmuş vəzifəsində uğurlar arzu etmişdirlər. Onu da qeyd edək ki, Meral Barlaş Türkiyə Cümhuriyyətinin Argentinadakı fövqəladə və səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.

#AnadoluÜniversitesi #AzerbaycanProgramları

anadolu-üniversitesi-büyük.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları