1 Noyabr 2017 ci il tarixində Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 94-cü ildönümü münasibətilə “Boulevard Hotel Baku”da rəsmi tədbir təşkil edib. Tədbirdə Azərbaycan Respuklikasi Baş Nazirinin Müavini Abid Şərifov, Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin səfirləri, media təmsilçiləri və digər qonaqlar iştirak edib.Qonaqları Türkiyənin Azərbaycandaki səfiri Erkan Özaral, hərbi attaşe generalı Zafer Ocak və onların xanımları qarşılamışlar. Tədbir Azərbaycanın tanınmış müğənnisi Tünzalə Ağayeva tərəfindən hər iki ölkənin dövlət himnlərinin canlı ifa olunması ilə başlanmışdır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qonaqları salamlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb.Azərbaycan Respublikasi Baş Nazirinin müavini Abid Şərifov Türkiyə ilə Azərbaycan arasındaki dostluq,qardaşlıq münasibətlərindən və birgə həyata keçirilən layihələrdən söz açmış və Bayram münasibəti ilə bütün Türk xalqını təbrik etmişdir.
Tədbirdə Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov da iştirak etmişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşmüş, Türkiyənin Respublika Bayramı münasibəti ilə öz adından və Anadolu Universiteti Azerbaycan Programları adından təbriklərini cənab səfirə çatdırmışdır.
Commentaires