Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda.

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin deputatı, Türkiyə-ilə Fevralın 20-də ATİB-in təşkilatçılığı ilə görüş keçirilmiş və onların şərəfinə ziyafət düzənlənmişdir. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Milli Məclisinin Səhiyyə Komissiyasının sədri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Millət vəkili Məlahət İbrahimqızı, ATİB İH sədri Cemal Yangın, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, ATİB idarə heyətinin üzvləri, eləcə də digər qonaqlar iştirak etmişdirlər. Səmimi şəraitdə keçirilən görüşdə Parlamentlərarası dostluq qruplarının rəhbərləri, Türkiyə Respublikası Böyük Millət Məclisinin Türkiyənin müxtəlif bölgələrini təmsil edən millət vəkilləri və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, ATİB İH sədri çıxışlar edərək Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri haqqında öz fikirlərini bildirmişlər. Görüşdə həmçinin çıxış edən Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov Türkiyə ilə Azərbaycan arasındakı bütün sahələrdə olduğu kimi çox yüksək səviyyədə olan təhsil münasibətlərindən və Anadolu Universitetinin Açıköğretim sisteminin uzaqdan təhsili sayəsində nəinki Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşlarına, eləcə də dünyanın türklər yaşayan bütün ölkələrinə uzaqdan təhsil vermə imkanlarından bəhs etmişdir.


Onu da xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti 19 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdirlər.

#metaslider_14535.flexslider .slides li {margin-right: 5px !important;}

#AnadoluUniversiteti #ATIB #ATİBİH #AzerbaycanProgramları

IMG-20201017-WA0004.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları