Türkiyənin Anadolu Dövlət Universiteti Şuşada “Distant Təhsil Mərkəzi” açmağa hazırdır. Bu barədə SİA-ya Anadolu Universitetinin Azərbaycan üzrə rəhbəri Azər Hətəmov məlumat verib.
“Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra Anadolu Universiteti Qarabağın işğaldan azad edilmiş şəhərlərində öz ofisini açmağı planlaşdırır. Belə ki, Universitet senatının 8 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə ilk fürsətdə Şuşa şəhərində,daha sonralar isə Füzuli və digər rayonlarda Universitetin Distant təhsil üzrə əlaqələndirmə ofisinin açılması nəzərdə tutulub. Onu da qeyd etmək istəyirəm ki, Anadolu Universiteti Türkiyənin ən böyük dövlət universiteti olaraq 1982-ci ildən başlayaraq əyani təhsillə yanaşı Türkiyədə və dünyanın müxtəlif ölkələrindəki sayı milyonlarla ölçülən tələbələrinə “uzaktan eğitim”, yəni distant formada təhsil verməkdədir. 2009-cu ildən Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Anadolu Universiteti Azərbaycandan da distant təhsil üzrə tələbə qəbul etməkdədir. Universitetin hər hansı bir ölkədə və ya şəhərdə distant təhsil üzrə öz əlaqələndirmə ofisini açması, Universitetin həmin yerdə öz filialını açması demək deyil, yəni distant təhsil verən Ali təhsil müəssisəsi olaraq Anadolu Universiteti öz təhsilini ən müasir informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi sayəsində uzaqdan, məsafədən həyata keçirir. Bu mənada Anadolu Universitetinin Şuşada açılması nəzərdə tutulan əlaqələndirmə ofisi vasitəsi ilə Şuşaya geri dönən soydaşlarımız Türkiyəyə, hətta Bakıya gəlmədən doğma Qarabağdan, öz evlərindən internet üzərindən Türkiyənin Anadolu Dövlət Universitetində ali təhsil ala biləcəklər”.
Azər Hətəmov həmçinin əlavə edib ki, 27 sentyabrdan başlayan 44 günlük müharibə müddətində də Anadolu Universiteti başda rektor, professor Fuat Erdal olmaqla Azərbaycana mənəvi dəstək nümayiş etdirdilər: "Onu da qeyd edim ki, Anadolu Universiteti Türkiyənin Eskişəhər şəhərində yerləşir. Universitet 7 may 2013-cü ildə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Universitetdə “Heydər Əliyev Araşdırma və Məlumat Mərkəzi” yaratmışdır".
#Anadolu #AnadoluUniversiteti #AzərbaycanProqramları #AzerbaycanProgramlari #abituriyent #abituriyentqebulu #abituriyentqəbulu #distant #qəbuldavamedir#qebuldavamedir #attestatlaqebul #attestatlaqəbul #attestatlaqəbul #xaricdetehsil #xaricdətəhsil #türkiyədətəhsil #eğitim #tehsil #təhsil #distant#Anadolu #Universitet #AzerbaycanProqramlari #AzərbaycanProqramları #Distant #Uzaktanegitim #Tehsil #Təhsil #Education #Siaaz #Susa #Shusha #Şuşa #Fuzili #Füzuli #Azerbaijan #Azerbaycan #Azərbaycan #Qarabag #QarabagAzerbaycandir #QarabağAzərbaycandır
Comments