Dekabrın 10-da Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Anadolu Universitetində Azərbaycandan distant təhsil alan bir qrup tələbə ilə görüşmüşdür. Cənab səfiri Anadolu Universiteti tələbələri və qurum əməkdaşları gül-çiçək dəstələri ilə qarşılamışlar. Öncə səfir Alper Coşkun burada Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri üçün yaradılmış şəraitlə tanış olmuşdur. Anadolu Universitetinin Azərbaycandakı əsas tərəfdaş qurumu- Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə heyətinin sədri Cemal Yangın və Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru cənab Azər Hətəmov səfir Alper Coşkuna ötən qısa müddət ərzində burada aparılmış abadlıq quruculuq işləri, distant təhsil alan tələbələrin istifadəsi üçün qurulmuş zəruri texniki avadanlıqlar və tələbələrə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülmüş digər işlər haqqında ətraflı məlumat vermişlər. Bu şəraitin yaradılmasında ATİB-in dəstəyi də xüsusi olaraq qeyd olunmuşdur. Sonra səfir tələbələrlə görüşmüşdür. Əskişəhərdən canlı videokonfrans vasitəsi ilə Anadolu Universitetinin rektor müavini Prof. Dr. Yücel Güney, həmçinin Prof. Dr. Kerim Banar, Yrd. Doç. Dr. Sinan Aydın görüşə qatılmışlar. Prof. Dr. Yücel Güney və Prof. Dr. Kerim Banar cənab səfiri və bütün iştirakçıları salamlayaraq, cənab səfirə Anadolu Universiteti “Azərbaycan Proqramları” na verdiyi önəmli dəstəyə görə təşəkkürlərini bildirmişlər. Səfir Alper Coşkun Anadolu Unviersitetinin Azərbaycandakı bu layihəsinə bundan sonra daha da hərtərəfli dəstək göstərəcəyini qeyd edərək, Anadolu Universiteti “Azərbaycan Proqramları” nda distant təhsil alan tələbələr üçün yaradılmış şəraitdən məmnun olduğunu bildirmişdir. ATİB İH sədri Cemal Yangın da səfir Alper Coşkuna göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirmişdir. Daha sonra cənab səfir tələbələrlə səmimi söhbətlər etmiş və onları maraqlandıran sualları cavablandırmışdır. Sonda səfir Alper Coşkun Anadolu Universiteti “Azərbaycan Proqramları” ilə tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
#metaslider_13750.flexslider .slides li {margin-right: 5px !important;}
Comments