top of page

Türkiyənin Təhsil Nazirliyindən gələn nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub

12 iyul 2017-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Təhsil Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin Müdiri  Funda Kocabıyıkın rəhbərlik etdiyi nümayəndə heyəti ATİB ofisində qonaq olmuşlar.

Görüşdə  ATİB İH-nin sədri Cemal Yangın, Türkiyənin Azərbaycandakı Təhsil Müşaviri Abdulkadir Büyükfırat, Anadolu Universiteti Azərbaycan Proqramları  Koordinatoru Azər Hətəmov, Türkiyə Təhsil Nazirliyinin İdarə rəisləri Mehmet Ali Akdağ  və  Salim Donat, həmçinin digər rəsmi şəxslər iştirak etmişlər.

Görüş zamanı ATİB İH-nin sədri Cemal Yangın Azərbaycan Türkiyə işadamları birliyinin fəaliyyəti haqqında, eləcə də ATİB-in təhsil sahəsindəki fəaliyyəti haqqında  məlumat vermişdir. Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov Anadolu Universitetinin Azərbaycan üzrə təhsil layihəsi haqqında məlumat verərək, bu layihənin gələcək perspektivlərindən bəhs etmişdir. Daha sonra Azərbaycan və Türkiyə təhsil sistemi haqqında  və birgə əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.

Daha sonra görüş başqa panellərdə davam etmişdir.




4 views

Comments


bottom of page