top of page

Hilton otelinin rəhbəri Todori Kalamaris tələbələrlə görüşdü.

22 yanvar 2015-ci il tarixdə “Hilton Baku Hotel” in baş müdiri Todori Kalamaris Anadolu Universiteti “Azərbaycan Proqramları” nda “Konaklama işletmeciliği” və “Turizm ve otel işletmeciliği” bölümlərində distant təhsil alan tələbələri ziyarət etdi. Qonağı və onu müşayiət edən ATİB İH-nin sədri Cemal Yangını Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov və turizm bölümü tələbələri qarşıladılar. Sonra “Hilton Baku Hotel” in baş müdiri Todori Kalamaris burada, Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri üçün yaradılmış şəraitlə yaxından tanış oldu və gənclərə göstərilən xidmət səviyyəsini yüksək dəyərləndirdi. Sonra Todori Kalamaris videokonfrans salonunda tələbələrlə görüşdü. Görüşün əsas məqsədi turizm sahəsində təhsil alan tələbələrə öz ixtisaslarının sirlərinə daha yaxşı bələd olmaları üçün müəyyən məsləhətlər vermək idi. Görüşə ilk olaraq karyera yolu haqqında məlumatla başlayan T. Kalamaris tələbələrə turizm sahəsindəki zəngin iş təcrübəsinə əsaslanan önəmli tövsiyələr verdi. T. Kalamaris sonra tələbələrin turizm sahəsi ilə əlaqəli verdikləri çoxsaylı sualları ətraflı şəkildə cavablandırdı. Görüşün sonunda isə o, tələbələri otel idarəçiliyi sistemi ilə yaxından tanış olmaları üçün rəhbərlik etdiyi “Hilton Baku Hotel” ə dəvət etdi. Səmimi şəraitdə keçən bu görüşdən həm qonaq, həm də tələbələr razı qaldılar.

24 views

Comments


bottom of page