TRT kanalının baş direktoru İbrahim Şahin tələbələri ziyarət etdi.

01 may 2013-cü il tarixdə TRT kanalının baş direktoru İbrahim Şahin Azərbaycana rəsmi səfəri çərçivəsində Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələrini ziyarət edib. TRT-nin baş direktoru İbrahim Şahini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Anadolu Universitetinin rektoru Davut Aydın, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın və Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrin bir qrupu qarşılayıb. Tələbələr qonaqlara gül dəstələri təqdim ediblər. Qonaqları səmimi salamlayan Anadolu Universitetinin rektoru Davut Aydın TRT-nin baş direktoru İbrahim Şahinə və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə Anadolu Universiteti “Azərbaycan Proqramları” barədə ətraflı məlumat verib. Qonağa bildirilib ki, Anadolu Universitetində Azərbaycandan distant təhsil alan tələbələrə dərslər əsasən videokonfrans vasitəsilə universitetin professor-müəllim heyəti tərəfindən həyata keçirilir, dərs kitabları elektron formada universitetin rəsmi saytına yerləşdirilib, həmçinin tələbələrin təhsilinə dəstək məqsədilə zərurət olduqda onlara tyutor xidmətləri də göstərilir. Görüşdə o da vurğulanıb ki, tələbələrin fərdi qaydada dərslərə hazırlaşmalarında “TRT Okul” kanalı vasitəsilə yayımlanan Anadolu Universiteti müəllimlərinin açıq dərs proqramları da böyük töhfə verir. TRT-nin baş direktoru İbrahim Şahin də Türkiyənin ən böyük, köklü və nüfuzlu ali təhsil ocağı olan Anadolu Universiteti ilə birgə hazırladıqları televiziya tədris proqramlarıyla “TRT Okul” kanalı vasitəsilə Anadolu Universitetinin Açıköğretim tələbələrinə xidmət göstərdikləri üçün qürur duyduqlarını, Azərbaycandan da tələbələrin bu xidmətlərdən yararlanmaları onları daha çox sevindirdiyini söyləyib. Sonra TRT-nin baş direktoru Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrin bir qrupu ilə görüşüb. Görüşə TRT-nin baş direktorunu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə yanaşı Anadolu Universitetinin rektoru Davut Aydın, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın və ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev də qatılıblar.İbrahim Şahin tərəfdaş qurumlar olan TRT ilə Anadolu Universiteti arasındakı əlaqələrdən və distant təhsil alan universitetin tələbələri üçün həyata keçirdikləri birgə televiziya tədris layihələrindən danışıb və telekommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilən distant təhsilin dünyada artıq bir zərurət olduğunu vurğulayıb. Sonda TRT-nin baş direktoru İbrahim Şahin tələbələrin suallarına cavab verib, onlara təhsillərində uğurlar arzulayıb. Həmin axşam TRT-nin yaranmasının 49-cu ildönümü münasibəti ilə Bakıda Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət” adlı konsert proqramı keçirildi. Tədbirdə TRT-nin “Akşam Sefası” musiqi orkestri və Azərbaycanın tanınmış sənətçiləri çıxış etdilər. Konsertə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, TRT-nin baş direktoru İbrahim Şahin, Anadolu Universitetinin rektoru Davut Aydın,  rektor müavini Naci Gündoğan, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın və s. şəxslər qatılıblar.

#Distanttəhsil #universitet #Birmillətikidövlət #ANSşirkətlərqrupu #AzerbaycanProgramları #AnadoluUniversiteti #ATIB #telebe #distant #Təhsil #distanttehsil #tələbələr #TRT #təhsil #AzerbaycanProqramlari #TRTOKUL

IMG-20201017-WA0004.jpg

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

  • Facebook - Белый круг
  • Instagram - Белый круг
  • YouTube - Белый круг
  • Google Play - Белый круг

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 12) 563 20 20

(+994 70) 892 07 07 

Bakı şəhəri, 8-ci mkr, İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

© 2020 Copyright Anadolu Universiteti Azərbaycan Proqramları