Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu ildə respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 46 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Şəhidlər Xiyabanı”ndakı qərargahında Səbail rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, digər ictimai təşkilatların, rayon bələdiyyələrinin və ictimaiyyətinin, KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlişi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 46 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasınını İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Türkiyənin Anadolu Universitetinin Azərbaycan Programları rəhbəri Azər Hətəmov, Respublika Veteran Təşkilatları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov, Əfqanıstan müharibəsi veteranları ittifaqının sədri Məhəmməd Vəliyev, müharibə veteranı Cəbrayıl Əliyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, gənc yazar Ülkər Piriyeva və başqaları Ulu öndərin 46 il öncə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar. Çıxışlarda qeyd olunmuşdur ki, Səbail rayonunda fəaliyyət göstərən ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və hər zaman bu işlərdə ona yardımçı və dəstək olacaqlar.
Comments