28 noyabr 2014-cü il tarixdə T.C. Yüksekögretim Kurulu(YÖK) başkanı Prof. Dr. Yekta Saraç, nümayəndə heyətinin tərkibində olan YÖK və Maliyyə nazirliyinin aparat rəhbərləri və digər rəsmi şəxslər Azərbaycana rəsmi səfərləri çərçivəsində Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşmüşlər. Qonaqları Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələri çiçək dəstəsiylə qarşılamışlar. Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, öncə onları distant təhsil alan tələbələrə xidmət göstərilən binada yaradılmış şəraitlə tanış etmişdir. Daha sonra Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru tərəfindən YÖK başkanı və nümayəndə heyətinə bu layihə haqqında ətraflı məlumat verilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir. Anadolu Universitetinin Azərbaycandakı tərəfdaş qurumu-ATİB-in İH sədri Cemal Yangın YÖK başkanı və nümayəndə heyətinə bu layihənin icrasına başlandığı ilk gündən ATİB tərəfindən göstərilən dəstək haqqında ətraflı məlumat vermişdir. Sonra YÖK başkanının distant təhsil alan bir qrup tələbələrlə görüşü olmuşdur. Əskişəhərdən canlı videokonfrans vasitəsilə görüşə qatılan Anadolu Universiteti rektoru Prof. Dr. Naci Gündoğan hər kəsi salamlamış, universitetin distant formada təhsil alan tələbələrinə yüksək bilik almaları üçün bundan sonra da hərtərəfli dəstək göstəriləcəyini bildirmişdir. YÖK başkanı Prof. Dr. Yekta Saraç qeyd etmişdir ki, Anadolu Universiteti nəinki Türkiyə miqyasında, eləcə də dünya miqyasında böyük nüfuza malik təhsil ocaqlarından biridir.
#metaslider_13683.flexslider .slides li {margin-right: 5px !important;}
Commentaires