Aşpazlıq
Aşpazlıq Subbakalavr proqramının məqsədi, turizm sektoruna, özəlliklə qastronomiya sahəsinə , mətbəx, xidmət, idarəçilik və insan münasibətləri başda olmaqla, zəruri bilgi və bacarıqlara sahib ixtisaslı işçilər qazandırmaq, qastronomiya sahəsində yenilikləri izləyə biləcək insanları yetişdirmək və bu sahədə lazım olan kadrları hazırlamaqdır.
Aşpazlıq Subbakalavr proqramını müvəffəqiyyətlə başa vurmuş məzunlar turizm sənayesinin müvafiq bölmələrində, xüsusən otel, qida və içki, banket və sənaye qida hazırlığı müəssisələrinin mətbəx və xidmət şöbələrində işləmək imkanı əldə edə bilərlər. Bundan əlavə, proqramı uğurla başa vuran məzunlar, özəl və ya dövlət qurumların mətbəx , qida və içki bölmələrində işləmək imkanı əldə edə bilərlər.