Mədəni İrs və Turizm
Mədəni İrs və Turizm Subbakalavr proqramının məqsədi, Türkiyənin arxeoloji varlıqlarını, mədəni irs və incəsənət nümunələrinin xüsusi diqqətlə mühafizə edilərək, bu milli varlıqların beynəlxalq turizm sahəsinə çevrilməsinə və bu sahənin ictimai, mədəni və iqtisadi cəhətdən davamlı inkişafını təmin etməyə səy göstərən, turizm sektorunda dəyişikliklər edə biləcək işçilər yetişdirməkdir.
Müasir dövrdə turizm sektorunda olan dəyişikliklər bu sektoru məşhur etmişdir. Bununla bərabər, bu sahədə fəaliyyət göstərmələrinə baxmayaraq, akademik təhsil almamış bir çox işçi var. Bu insanların informasiya ehtiyaclarını ödəmək, həmçinin ,Mədəni İrs və Turizm sahəsi ilə maraqlananlara məsafəli təhsil yolu ilə təhsil imkanları təmin etmək qarşıya məqsəd qoyulmuşdur.
Mədəni İrs və Turizm Subbakalavr proqramını müvəffəqiyyətlə başa vurmuş məzunlar qeyri-hökumət təşkilatlarının səyahət, nəqliyyat, turizm kimi sektorlarında iş tapa bilər və lazımi şərtlərə cavab verdikləri təqdirdə Mədəniyyət və Turizm Nazirliyi , Nəqliyyat Nazirliyi kimi dövlət qurumlarında da işləyə bilərlər.