Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
HAQQIMIZDA
TARİXİMİZ
Anadolu Universiteti “Azərbaycan Proqramları”
Anadolu Dövlət Universitetinin əsasını 1958-ci ildə təsis edilən Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası təşkil edirdi. 1982-ci ildən Anadolu Universitetinə çevrilərək qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini almışdır. 1982-ci ildən distant təhsil verməyə başlayan universitet bu gün Türkiyə və 30-dan çox ölkədə distant formada ali təhsil alan tələbə sayına görə dünyanın universitetləri sırasında 3-cü, Avropa universitetləri arasında isə 2-ci yerdədir.
Anadolu Universiteti 2009-cu ildən başlayaraq Türkiyə Cumhuriyyətinin Prezidenti yanında Ali Təhsil Şurasının (Yüksek Öğretim Kurulu-YÖK) müvafiq qərarına əsasən Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada ali təhsil almaları üçün imkan yaratmışdır. Universitetdə distant formada ali təhsil alan tələbələrə daha keyfiyyətli xidmətlər göstərilməsi üçün tərəfdaşlıq prinsipi əsasında 26 avqust 2014-cü il tarixdə imzalanan protokola əsasən Anadolu Universiteti, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB) ilə əməkdaşlığa başlamışdır. ATİB və Anadolu Universiteti arasındakı “Anadolu Üniversitesi Azerbaycan Açıköğretim Programları Protokölü”nün müvafiq maddəsinə uyğun olaraq, universitetin Azərbaycandan distant formada ali təhsil alan tələbələrinə 2 sentyabr 2014-cü il tarixdən başlayaraq, onlara bu sahədə texniki xidmətlər göstərilməsi üçün ATİB-lə Türkiyənin “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Anonim Şirketi” arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Anadolu Universiteti Azərbaycandakı Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı və digər ölkə vətəndaşı olan tələbələrinə texniki xidmətlər bu şirkət tərəfindən və şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən göstərilməkdədir.
Anadolu Universiteti “Azərbaycan Proqramları”na Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Təhsil Müşavirliyi tərəfindən mütəmadi təşkilati dəstək göstərilməkdədir. Türkiyənin Azərbaycandakı keçmiş Fövqaladə və Səlahiyyətli Səfiri cənab Alper Coşkun məzunlara “Diplom təqdim etmə” (27 sentyabr 2014-27 aprel 2016) və yeni qəbul olmuş tələbələrə “Tələbə biletlərinin təqdim edilməsi” mərasimlərində şəxsən iştirak etmiş (15 dekabr 2014) və öz çıxışlarında Anadolu Universiteti Azərbaycan Proqramlarına Türkiyə Dövləti və Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən daim dəstək göstəriləcəyini bəyan etmişdir. 10 dekabr 2014-cü il tarixdə səfir Alper Coşkun Anadolu Universiteti Azərbaycan Proqramları tələbələrini ziyarət etmiş onlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirmişdir
Bununla yanaşı 2013-cü ilin may ayının 7-də Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin Eskişehir`də təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri millət vəkili akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Bununla yanaşı Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cumhuriyyətinin bir çox dövlət rəsmiləri də Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlər keçirmişlər. Belə ki, 07 iyun 2012-ci il tarixdə Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi Prof. Dr. Mustafa İsen, 19 yanvar 2013-cü il tarixdə Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu-YÖK) sədri Gökhan Çetinsaya, 21 may 2013-cü il tarixdə Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı və onu müşayiət edən heyətin, 01 may 2013-cü il tarixdə TRT kanalının baş direktoru İbrahim Şahinin , 2014-cü il noyabr ayının 28-də Türkiyə Cümhuriyyəti Yükseköğretim Kurulunun (YÖK) başkanı Prof. Dr. M.A. Yekta Saraç və onu müşaiyyət edən nümayəndə heyətin, eyni zamanda 2014-cü il dekabrın 16-da Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğanın, 2019-cu il iyulun 10-da Rektör Prof.Dr. Şafak Ertan Çomaklının, 28 yanvar 2022-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof.Dr.Fuat Erdalın Azərbaycana səfərləri zamanı Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlərini göstərmək olar. Anadolu Universiteti rəhbərliyinin Azərbaycana ayırdığı diqqət və qayğı yalnız bunlarla məhdudlaşmır. Belə ki, universitet Azərbaycanın aparıcı elm və təhsil ocaqlarının rəhbərlərini, eləcə də Azərbaycanın ictimai və mədəni sahələrdə tanınmış xadimlərini Türkiyənin müxtəlif şəhərlərində keçirdiyi beynəlxalq tədbirlərə dəvət etmişdir. Onların səfərləri universitetin və Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.