top of page

HAQQIMIZDA

TARİXİMİZ
MƏQSƏDİMİZ
İLLƏRİN TƏCRÜBƏSİ
DSC_01491.jpg

Bununla yanaşı 2013-cü ilin may ayının 7-də Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi”nin və bu Mərkəzdəki Heydər Əliyev büstünün təntənəli açılış mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin Eskişehir`də təşkil etdiyi silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri millət vəkili akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Bununla yanaşı Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cümhuriyyətinin bir çox dövlət rəsmiləri də Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlər keçirmişlər. Belə ki, 07 iyun 2012-ci il tarixdə Türkiyə Cümhuriyyəti Prezident Aparatının baş katibi Prof. Dr. Mustafa İsen, 19 yanvar 2013-cü il tarixdə Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu-YÖK) sədri Gökhan Çetinsaya, 21 may 2013-cü il tarixdə Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı və onu müşayiət edən heyətin, 01 may 2013-cü il tarixdə TRT kanalının baş direktoru İbrahim Şahin , 2014-cü il noyabr ayının 28-də Türkiyə Cümhuriyyəti Yükseköğretim Kurulunun (YÖK) başkanı Prof. Dr. M.A. Yekta Saraç və onu müşaiyyət edən nümayəndə heyətin, eyni zamanda 2014-cü il dekabrın 16-da Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğanın, 2019-cu il iyulun 10-da  Rektör Prof.Dr. Şafak Ertan Çomaklının, 28 yanvar  və 30 sentyabr 2022-ci il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Fuat Erdalın Azərbaycana səfərləri zamanı Anadolu Universiteti “Azərbaycan Proqramları”nın tələbələri ilə görüşlərini göstərmək olar. Anadolu Universiteti rəhbərliyinin Azərbaycana ayırdığı diqqət və qayğı yalnız bunlarla məhdudlaşmır. Belə ki, universitet Azərbaycanın aparıcı elm və təhsil ocaqlarının rəhbərlərini, eləcə də Azərbaycanın ictimai və mədəni sahələrdə tanınmış xadimlərini Türkiyənin müxtəlif şəhərlərində keçirdiyi beynəlxalq tədbirlərə dəvət etmişdir. Onların səfərləri universitetin və Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page