top of page
Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
ƏYANİ TƏHSİL
Eskişehirdə ali təhsil
1958-ci ildə Eskişehir İqtisadiyyat və Ticarət Elmlər Akademiyası kimi
təsis edilən, 1982-ci ildən Universitetə çevrilən Anadolu Universiteti
12 Fakültə, 1 Dövlət Konservatoriyası olmaqla 3 ali məktəb, 3 peşə
məktəbi, magistratura və doktorantura səviyyəsində olan 5 İnstitut və 25
araşdırma mərkəzindən ibarətdir.
Qısa zamanda ölkənin və dünyanın böyük universitetləri arasında müasir,
dinamik və yenilikçi bir universitet olaraq yerini almış Anadolu
Universitetində 2 cür- əyani və distant (Açıköğretim, məsafədən)
təhsilalma formaları mövcuddur. Azərbaycan vətəndaşları Anadolu
Universitetində əyani, bakalavr təhsili almaq üçün mütləq SAT(1000-1600)
və ya YÖS(50-100) imtahanlarından birini verməlidirlər və ya Azərbaycan
Dövlət İmtahan Mərkəzinin nəticəsi (400-700) ilə müraciət edə bilərlər. Bundan əlavə Azərbaycan vətəndaşları attestat bal ortalaması (min.3.50 ) ilə də əyani təhsilə müraciət edə bilərlər.
YÖS imtahanı Türkiyədə yalnız bakalavr təhsili üçündür. 2010-cu ildən
etibarən ümumi YÖS imtahanı ləğv olunmuş, universitetlər öz daxili YÖS
imtahanlarını keçirirlər. Bu universitetlərdən bəziləri sadəcə
Türkiyədə, bəziləri isə həm də Azərbaycanda imtahan keçirir. Anadolu
Universiteti Azərbaycan Proqramları, rəsmi tərəfdaş qurum olaraq hər iki
təhsil forması üzrə həm sənəd qəbulunu ,həm də qəbul imtahanı
Azərbaycanda təşkil edir.
YÖS imtahan sualları 2 hissədən – Riyaziyyat və Məntiq və Türk dili
bölməsindən ibarət olur. YÖS imtahanlarında maksimum nəticə 100 baldır.
60 baldan (tibb təhsili xaric) yuxarı nəticə göstərən tələbələrin qəbul
şansı yüksəkdir.
AnadoluYÖS ilə bağlı ətraflı məlumat üçün https://oidb.anadolu.edu.tr/
linkinə keçid edə bilərsiniz.
2024-2025 tədris ili üçün əyani təhsil üzrə qeydiyyat prosesi bitmişdir.
bottom of page