top of page
Собеседование

KARYERA MƏRKƏZİ

Cemal Yangın - ATİB İdarə Heyətinin sədri
02:08
Mahmut Hazıroğlu - Dünyagöz Bakı klinikasının rəhbəri
01:24
Gürsu Baskan - ATİB İdarə Heyətinin üzvü
00:37

Savadlı və təcrübəli mütəxəssislər yetişdirmək, bu mütəxəssislərin gələcəkdə uğur qazanması və arzuladığı karyera imkanlarına sahib olması bir çox  ali təhsil müəssisələrdə olduğu kimi Anadolu Universitetinin də qarşısında duran əsas hədəflərdən biridir. Bu məqsədlə Universitetin Azərbaycandakı yeganə Rəsmi Tərəfdaş Qurumu olan Anadolu Universiteti Azərbaycan Proqramları da hər bir məzununa öz karyerasını qurması və uğur qazanması üçün daim dəstək olur və dəstək olmağa da davam edir.  Bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən şirkət və qurumların, o cümlədən Anadolu Universiteti Azərbaycan Proqramlarının daima yanında olan ATİB-in (Azərbaycan Türkiyə İş Adamları Birliyi) dəstəyi böyük rol oynayır.
ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) Azərbaycan iqtisadiyyatını yeni inkişaf istiqamətində canlandıran Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə toplayaraq, Azərbaycana sərmayə qoymaq istəyən türkiyəli iş adamlarına və eyni zamanda Türkiyədə biznes qurmaq istəyən azərbaycanlı iş adamlarına daim dəstək olur.
  Bundan əlavə, ATİB-in dəstəyi ilə həmçinin  universitet tələbələrinin də yüksək ixtisaslı, peşəkar kadr kimi yetişməsi , təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi  və eyni zamanda iş tapmalarına kömək məqsədilə hərtərəfli şərait yaradılır.
    Əgər siz də Anadolu Universiteti məzunusunuzsa, o zaman vaxt itirmədən Karyera Mərkəzimizə qoşulun, karyera pilləsini bizimlə addımlayın.

ATİB-1024x470.png

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page